Türk problemləri media konusuna çevrilmişmi? Media kimə çalışır?
Azərbaycanda Doğu Türkistan-Uyğur problemlərini danışmaq sanki yasaqlanmışdır. Bir neçə uyğur dostumun tv. lərdə danışmasına çalıştım. Çoxlu Tv- Lərə müraciət etdim. Tv- lər sustular.
İki slavyan dövlətinin Ukrayna-Rusiya savaşının izlənməsi, Çin zülmündən əziyyət çəkən Uyğur türk qardaşlarımızdan daha önəmliymiş.
100 ildir ki, Çin-Türk savaşı gedir, son 50 ildir ki, Azərbaycanın, (elə Türkiyənin də)bu savaşdan xəbəri yoxdur. Xəbəri olsada bir şeylər etməz, çünki Uyğurları özündən belə saymır, heç özünün kim olduğunu belə bilmir.
Azərbaycan ictimai şüuru budur.
Belə şüurla TDT qurula bilərmi?
Medianı yönəltməyə iddialı jurnalistlərin səviyyəsinə baxın.
50 milyonluq Uyğur Türkünün problemlərinə, soyqırımlarına susulurmu heç? Türkiyəmizdə də yanlış bir alqı var, İrandakı türkün soyqırımından, assimilyasındandan danışırsan, deyir Amerikaya işləyir, Uyğurlardan danışırsan deyir Amerikaya işleyirsən. Bəs İrəvan türkünün soyqırımı, köçü, İrəvana qayıtmaq haqqı dünya gündəmini nə zaman zəbt edəcək? Bunu kim edəcək?
Ukrayna mövzusu bitən kimi hamsı yenə dönüb türkdən danışacaqlar, türkçü olduqlarını bar – bar bağıracaqlar, türkçü olmaq da indi dəb kimi bir şey olub, türkün bircə probleminin həllinə çalışmayan, əmək verməyən insanlar hamsı dönüb türkçü olacaqlar.
Jurnalist dostlarım sizi qınayıram. Uyğur sorunlarını gündəmə gətirin deyə xahiş etmədimmi? Sizlərə dəfələrlə yazmadımmı?
Uyğur problemi öncə Rusiya-Çin arasında, hazırda da Amerika- Çin arasında strateji savaş müstəvisindəki problem. Bu savaşlardan Uyğurlar qazanmamışlar, əksinə daim sonucda iki rəqabətdə olan dövlətlərin razılaşmaları ilə soyqırıma uğramışlar.
Uyğur problemi Uyğur mövzusu nə Çinin nə Amerikanın problemi, konusu deyildir, özbəöz Türklərin problemi, konusudur. Bu problemi də Türklər həll edəcəkdir, bunu belə bilin.
Türklər Uyğur problemini Amerika-Çin qarşıdurması müstəvisindən çəkib çıxarmalı, ayırmalıdırlar, Türk ağlı Uyğurları bu iki qütbün arasındakı rəqabətə yem etməməlidir.
Eləcə də İrandakı Türklər İran-Fars rejimi ilə Amerikan-İzrail qarşıdurmasında qurban verilə bilməz. Eləcədə Rusiya Türklərinin Qərb -Rusiya qarşıdurmalarında öz mövqeləri, stratejiləri olmalıdır, bu savaşların qurbanları olmamalıyıq. Bu savaşlar bizim savaşlarımız deyil. Bizim savaşımız bu anda öz varlığımızı qorumaq savaşıdır. Biz Türklər Suriyadakı 3 milyon türkü qoruya bilmədik, İraqdakı türkləri də qoruya bilmirik, İrəvan türkləri son yüz ildə bitirildi, yox oldu, Axıska, Krım…
Azərbaycan türk aydını, jurnalisti, siyasətçisi bunların davasını aparmayacaq da kimin davasını aparacaq?
Yazıqlar olsun ki, belə deyil.
Türk davası və stratejisi gündəmi tutmur.
Ölkəmizdə Gündəmi sanki Amerika və Rusiya bəlirləyir.Hər zaman bizi milli problemlərdən ayıran, təcrid edən gündəm mövzular, manşetlər, planlı məqsədli oluşturulan ictimai rəylər və paraya çalışan manqurtlar…
Biz türklər hələ indiyə kimi qalxıb deyə bilməmişik ki, nə bu günkü Ukrayna torpaqları, nə Rusiya torpaqıarı rus- slavyan torpaqları deyil, tarixi türk torpaqlarıdır. Biz bunu məhz indi, Ukrayna-Rusiya savaşı dönəmində, savaşın təhlilləri içində deməliydik, gələcək zamanlar üçün mütləq deməliydik, mesajımızı verməliydik. Bu mesaj da yox. Çünki ortalıqda Türk stratejisi və ağlı yoxdur.
Amerika Uyğurlardan danışan kimi Uyğur problemi Azərbaycan mediasının mövzusuna çevrilir, Amerika susan kimi Azərbaycan mediası da susur. Sizi, bizi Amerika idarə edir ki, biz Uyğur probleminə Amerikan maraqları kontekstindən baxırıq ki?
Elə İrandakı Türklərin problemlərinə yanaşmada da belə mövqe sərgilənir. Dəfələrlə şahid olmuşam.
Türklərin problemi ilk öncə Türkün problemidir, onu dünyaya ilk öncə Türk mediası duyurmalıdır, türk stratejisindən, maraqlarından baxaraq təqdim etməlidir və bu problemlərdən də başqa dövlətlərin istifadə etməsinin qarşısını da türk mediası almalıdır. İnformasiya savaşında Türkün savaşı hanı? Savaşımız kürəsəl savaşa çevrilmişmi?
Türkçülük dəb deyil, heç gündəm konusu da deyildir, bur ömür boyu danışılacaq mövzudur, bir ömür boyu verilən mücadilədir, əməkdir, bədəldir, çünki Türkün sorunları böyükdür, bitməz…
Yasemen QARAQOYUNLU -Bakü / turkishforum – Abdullah türer yener