İranın yaydığı yeni statistik rəqəmlər (amar) ölkə əhalisinin sayının artımının tarixdə görünməmiş səviyyədə aşağı düşdüyündən xəbər verir.
“Aznews tv” xəbər verir ki, bu durumdan narazı olan İranın səhiyyə naziri Bəhram Eynullahi bildirib ki, ölkədə əhalinin sayının artırılması ilə bağlı proqramlar ciddi təbliğatla müşayiət olunmalıdır. Onun sözlərinə görə, ruhanilər Ramazan ayında ölkənin müxtəlif bölgələrinə səfər edirlər, buna görə də fürsətdən istifadə edərək insanlar arasında demoqrafik vəziyyətin böhranlı olması və əhalinin sayının artırılmasının zəruriliyi barədə təbliğat işi aparmalıdırlar.
Nazir əlavə edib ki, digər aylarda da onlar xalqa övlad dünyaya gətirməyin artırılmasının vacibliyindən danışmalıdırlar.
Qeyd edək ki, İranda yoxsulluq və ağır iqtisadi duruma görə əhalinin artımı ötən bir neçə ildə azalıb. Bu üzdən İranın “ali rəhbəri” Əli Xamenei dəfələrlə insanları daha çox uşaq dünyaya gətirməyə çağırıb. Lakin cavanlar və İran xalqı iqtisadi problemlər, eləcə də ölkənin qaranlıq gələcəyi səbəbindən bu çağırışlara məhəl qoymurlar.
Bir yanıt yazın