Etirazçılar illərdir qeyri-müəyyən şərayitdə saxlanıldıqlarından narazılıqlarını bildiriblər.
Təbrizin “Traktor” zavodunun mənzil kooperativnin bir qrup üzvü zavod qarşısına toplaşaraq etiraz aksiyası keçirib və uzun illərdir zavod rəhbərliyi tərəfindən qeyri-müəyyən şərayitdə saxlanıldıqlarından narazılıqlarını bildiriblər.
Etirazçılar əllərində plakatlar tutaraq bir neçə ildir kooperativ üzvlərinin qeyri-müəyyənliyinə etiraz edib, hakimiyyətdən istəklərinin yerinə yetirilməsini tələb ediblər.
Traktor zavodu Mənzil Kooperativinin üzvləri bundan əvvəl də kooperativin kapitalında, mənzil və torpaq sahələrinin alınması məsələlərində şəffaflıq tələbi ilə etiraz aksiyaları keçiriblər.
Bir yanıt yazın