Sulduzda güneyli milli fəal İranın hökumət qüvvələri tərəfindən güllələndi

Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərində yaşayan milli fəal Əli Hacməhəmmədi aprelin 14-də iş yerində mülki geyimdə olan İranın əmniyət qüvvələri tərəfindən güllələnib.

Məmurlar fəalın iş yerinə gedərək heç bir məhkəmə qərarı olmadan onu həbs etmək istədikdə fəalın etirazı ilə qarşılaşır və bibər qazından istifadə etməklə yanaşı, Hacməhəmmədinin ayağına iki güllə vurublar. Güllə səsinə gələn ətrafdakıların Əli Hacməhəmmədini xəstəxanaya çatdırdıqları, onun cərrahiyə əməliyyatı olunduğu və ayağındakı güllələrin çıxarıldığı bildirilir.

Milli fəalların sosial mediada verdiyi məlumatlara görə, Əli Hacməhəmmədi xəstəxanaya yerləşdirildikdən sonra təhlükəsizlik məmurları onun yanına gedən bütün şəxslərin foto və videolarını çəkiblər.

Qeyd edək ki, Əli Hacməhəmmədi bundan əvvəl milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb, dindirilib və işgəncələrə məruz qalıb.

Məmurlar fəalın iş yerinə gedərək heç bir məhkəmə qərarı olmadan onu həbs etmək istədikdə fəalın etirazı ilə qarşılaşır və bibər qazından istifadə etməklə yanaşı, Hacməhəmmədinin ayağına iki güllə vurublar. Güllə səsinə gələn ətrafdakıların Əli Hacməhəmmədini xəstəxanaya çatdırdıqları, onun cərrahiyə əməliyyatı olunduğu və ayağındakı güllələrin çıxarıldığı bildirilir. - msg 1181644289 6445

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir