Türkiyənin əmniyət gücləri və gömrük polisi İrandan sərnişin avtobusu vasitəsilə bu ölkəyə 345 kiloqram uyuşdurucu maddə olan maye metamfetamin keçirilməsinin qarşısını alıblar.
“Aznews tv” xəbər verir ki, ötən gün Gurbulaq gömrük postunda keçirilən əməliyyat zamanı avtobusun sürücüsü həbs edilib.
Uyuşdurucu maddənin avtobusun yanacaq çənində gizlədildiyi bildirilir.