Bu barədə Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin nümayəndəsi məlumat verib.
Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin nümayəndəsi Höccət Cabbari Urmu gölünün qurumasından yaranan ekoloji böhran və duz tozlarının bölgədə əsas təhdidlərdən biri olduğunu deyib
“Mehr” xəbər agentliyinə müsahibə verən Cabbarideyib ki, bu böhran səbəbindən bölgə əhalisi digər məntəqələrə köçməyə məcbur qalacaq.
O, qeyd edir ki, uzun illərdir Urmu gölünün canlandırılması ilə bağlı istəklər elə istək olaraq qalıb və dünyanın 2-ci ən böyük duz gölü məhv olmaq üzrədir.
Hüccət Cabbari “Metr”ə açıqlamasında bildirib ki, aprelin 10-da Urmu gölünün suyu dəniz səviyyəsindən 1270.77 metr səviyyədə olub. Bu isə ötən ilin oxşar dövrü ilə müqayisədə 66 santimetr azalma olduğunu göstərir.
“Gölün əhatə etdiyi sahədə də azalma müşahidə olunur. Hazırda göldə 3.11 milyard kubmetr su olduğu təxmin edilir. Bu isə ötən ilə nisbətən suyun həcminin 2.18 milyard kubmetr azalması deməkdir”-deyə, Höccət Cabbari bildirib.
Bir yanıt yazın