Beynəlxalq Əfv Təşkilatı İranda məhbus ölümləri ilə bağlı hesabat hazırlayıb

Beynəlxalq Əfv Təşkilatı son hesabatında İran hakimiyyət nümayəndələrinin ölkə zindanlarındakı məhbusların xəstəxanalara müraciət etməsinə qəsdən mane olması ilə bağlı xəbərdarlıq edib.

Aprelin 12-də hazırlanan 108 səhifəlik hesabatda son 12 il ərzində İran zindanlarında həyatını itirmiş 96 məhbusun ölümünün detalları haqda məlumat verilib. “Ölüm gözləmə otağında: İran zindanlarında tibbi yardımdan məhrum edilən ölümlər” adlı sözügedən hesabatda bildirilib ki, İranda həbsxana məmurları bilərəkdən məhbusların zindandan kənar xəstəxanalara göndərilməsinə ya icazə vermirlər ya da gecikdirirlər. Bu isə sonda həmin məhbusların ölümü ilə nəticələnir.

Bu barədə Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika ölkələri üzrə müdir müavini Diana əl-Təhavi İran dövlət rəsmilərinin insan həyatına qarşı etinasızlığının bu ölkədəki zindanları məhbuslar üçün “ölüm gözləmə otağı”na çevirdiyini və normal halda müalicə oluna bilən xəstələrin ölümünə səbəb olduğunu qeyd edib.

Aprelin 12-də hazırlanan 108 səhifəlik hesabatda son 12 il ərzində İran zindanlarında həyatını itirmiş 96 məhbusun ölümünün detalları haqda məlumat verilib. “Ölüm gözləmə otağında: İran zindanlarında tibbi yardımdan məhrum edilən ölümlər” adlı sözügedən hesabatda bildirilib ki, İranda həbsxana məmurları bilərəkdən məhbusların zindandan kənar xəstəxanalara göndərilməsinə ya icazə vermirlər ya da gecikdirirlər. Bu isə sonda həmin məhbusların ölümü ilə nəticələnir. - msg 1181644289 6375

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir