Putindən ŞOK QƏRAR: Generalı və 150 yüksək rütbəli şəxsi.
Qərb mətbuatında çıxan xəbərlə görə, Donbasdakı hücumlardan əvvəl Rusiya Prezidenti Vladimir Putinin 150 yüksək rütbəli məmur və hərbçini həbs etdirdiyi iddia edilir.
Buna səbəb “məlumat sızdırmaları” göstərilib.
Kremlin həbs etdirdiyi yüksək rütbəli şəxslər arasında general-polkovnik Sergey Besedanın da olduğu bildirilir.
Bildirilib ki, Federal Təhlükəsizlik Xidmətinin (FSB) xarici kəşfiyyat idarəsinin rəisi vəzifəsində çalışan S.Beseda Moskvanın yüksək rejimli həbsxanalarından Lefortovoya köçürülüb. O, bir müddət əvvəl ev dustaqlığına buraxılmışdı.
Məlumata görə, Vladimir Putinin müharibənin ləng getməsinin məsuliyyətini bu adların üzərinə qoyduğu da iddia edilib. 68 yaşlı Sergey Besedanın korrupsiya ittihamı ilə araşdırıldığı qeyd olunur və araşdırma jurnalistikası platforması olan “Bellingcat”ın xəbərlərində Putinin Besedanı Qərbə məlumat sızdırmaqda ittiham etdiyi göstərilib./publika.az
© xezerxeber.az / TURKISHFORUM – ABDULLAH TÜRER YENER