Təbrizdə etiraz aksiyası keçirilib

Əməkçilər növbəti dəfə aksiyaya əl atıblar.

Aprelin 10-da Təbrizdə Əməkçilər Sosial Təminat İdarəsinin qarşısına toplaşaraq növbəti dəfə etiraz aksiyası keçiriblər.

Narazılar maaş və pensiyaların aşağı olmasından, əlavə bimə problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib.

Yaşayış şəraitlərinin günü-gündən çətinləşdiyini bildirən narazılar maaşlarinin artırılmasını tələb edib.

Qeyd edək ki, Təbrizlə yanaşı onlarla şəhərdə, o cümlədən, Qəzvin, Tehran, Kərəc, Tehran şəhərlərində də oxşar istəklərlə etiraz aksiyaları keçirilib.

Aprelin 10-da Təbrizdə Əməkçilər Sosial Təminat İdarəsinin qarşısına toplaşaraq növbəti dəfə etiraz aksiyası keçiriblər. - Təbrizdə etiraz aksiyasi kecirilib

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir