Onun Təbrizdə dəfn olunmasına icazə verilməyib.
Kanadada mühacirət həyatı yaşayan və martın 25-də dünyasını dəyişən tanınmış yazıçı Rza Bərahəninin Təbrizdə dəfn olunmasına icazə verilmədiyi üçün o aprelin Kanadanın Toronto şəhərinin “Elgin Mils” qəbristanlığında torpağa tapışırılıb.
Aprelin 10-da 200 nəfərin iştirakı ilə keçirilən dəfn mərasimində Azərbaycanın hər iki tayından olan yazıçılar. Sənət adamları və mühacirlər iştirak ediblər.
Bundan öncə martın 25-də özünün “İnstaqram” hesabında paylaşım edən yazıçının oğlu Oktay Bərahəni atasının Təbrizdə torpağa tapışırılması ilə bağlı vəsiyyətini əsas götürərək yazıçını nəşinin Təbirzə köçürülməsi üçün şlər görməyə başladıqlarını yazmışdı.
Bundan sonra sosial media fəalları, azərbaycanlı yazıçı, ziyalı və mədəniyyət adamları tanınmış azərbaycanlı yazıçı Rza Bərahəninin Təbrizdə dəfn edilməsi üçün imza kampaniyası başladıb, onun Təbrizin “Məqbərətül Şüəra”sında, Şəhriyarın məzarı yanında dəfn olunmasını istəmişdilər.
Bie neçə gün sonra başqa bir açıqlama yayan Oktay Bərahəni, ailəsinin Rza Bərahəninin Təbrizdə dəfn edilməsi barədə qərarlarını dəyişdiklərini və onun Kanadada torpağa tapışırılmasını istəmələrini bildirdi.
Oktay Bərahəninin son açıqlamasından sonra güneyli sosial media istifadəçiləri hökumətin ona basqı göstərdiyini və yazıçının Torontoda dəfn edilməsi ilə bağlı məsələnin ailə qərarı kimi qələmə verilməsini istədiklərini yazıblar.
Qeyd edək ki, bundan öncə 2014-cü il avqustun 12-də Bakıda vəfat etmiş professor Cavad Heyətin Təbrizdə dəfn edilməsinə İran rəsmiləri icazə verməyiblər.
Cavad Heyətin yaxınları və qələmdaşlarının müraciətinə cavab olaraq İran rəsmiləri onun yalnız Tehranda dəfn edilməsi üçün şərait yarada biləcəklərini bildirmişdilər
Bir yanıt yazın