Ə.Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir.
Güney azərbaycanlı alim, İsveç-İran vətəndaşı olan tədqiqatçı Əhmədrza Cəlali aprelin 4-də Tehranın Evin zindanında “tibbi personelin əməkdaşları”tərəfindən ağır şəkildə döyülüb.
Hadisədən 5 gün sonra bir sıra məhkumlar tərəfindən yayılan məlumatda, alimin döyülməsinin səbəbinin onun tibb işçiləri və nəzarətçilərin ona məxsus dərmanları oğurlamalarına etiraz etməsi səbəb olub.
Evin zindanında edam hökmü altında yaşayan alim müxtəlif xəstəliklərdən əziyyət çəkir və bundan öncə uzun müddət təkadamlıq kameralarda saxlanıldığı, ağır işgəncələrə məruz qaldığı üçün sağlamlığında problemlər yaranıb.
Ə.Calali İranda tibbi universitetində təhsilini başa vurduqdan sonra bir müddət Təbii Fəlakətlər Mərkəzində çalışıb. O 2009-cu ildə təhsilini davam etdirmək üçün İsveçə gedib.
Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Ə.Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçika kimi ölkələrdə elmi-tədqiqat müəssisələrində də çalışıb.
Ə.Calali 2016-cı il aprelin 24-dən Tehranın Evin zindanında həbsdədir.
Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini edama məhkum edilib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.
O Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdiyi zaman saxlanılıb. Onun bu müddətdə vəkili ilə əlaqəsinə çoxlu məhdudiyyətlər qoyulub.
Azərbaycanlı alim həbsdə qaldığı müddətdə ona olan təzyiqlər, hüquqi vəziyyəti və vəkili ilə görüşünə qoyulan məhdudiyyətlərə görə aclıq aksiyası da keçirib.
Azərbaycanlı alimın “cinayət işi” İranda müəyyən məhbuslara qarşı saxta ittihamla quraşdırılan bədnam “dosye”lərdən biridir.
Deyilənlərə görə, o Avropa ölkələrinə qarşı SEPAH-ın casusluq layihələrinə qatılmaqla bağlı təklifi rədd etdiyi üçün rejimin qəzəbinə tuş gəlib.