İran televiziyası Pərisa Arsalaninin “Həp sənə” türk mahnısını oğurlayıb və bu türk əsərindən komediya filminin baş trekində istifadə edib.
”Aznews tv” xəbər verir Pərisə Ərsələni İran Radio və Televiziyasının bu hərəkətinə etiraz edib. O, bununla bağlı yaydığı videoda bu qanunsuzluğu qınayıb. Onun fikrincə, əsərin sahibinin adını çəkilməməsi, müəllif hüququna hörmət qoyulmaması əxlaqsızlıqdır.
“İcazə istəsələr belə, mən, şübhəsiz ki, onlara bu əsərdən yumor əsərlər üzərində istifadə edilməsinə razı olmazdım”-deyə, Arsalani bildirib.
“Həp Sənə” Azərbaycanda, xüsusilə Urmu şəhərində türk folklor və uşaq şeirlərindən biridir.
Mahnı 2017-ci ildə Pərisa Arsalani tərəfindən oxunub və beynəlxalq səviyyədə onun adına qeydiyyatdan keçib.
Bir yanıt yazın