İranın Məşhəd şəhərinin imam-cüməsi hicabsız qadınların cəzalandırılmasının vacibliyi ilə bağlı açıqlama verib.
“Aznews tv”xəbər verir ki, Seyid Əhməd Ələmulhoda bu barədə deyib: “Mədəni iş heç vaxt dini qayda pozuntularının güclü şəkildə yayıldığı şəraitdə həyata keçirilə bilməz”.
Əhməd Ələmulhoda daha sonra günahkarların cəzalandırılmasının vacib olduğunu bildirib.
Məşhəd şəhərinin imam-cüməsi bu sözləri ötən həftə sözügedən şəhərdə stadiona girməyə çalışan iranlı xanımlara qarşı zorakılıq edilməsindən sonra bəyan edib. İran polisinin qadınlara qarşı bu zorakılıq hərəkəti sosial mediada kəskin tənqidlərlə qarşılanmış və bir çox idmançılar və İranın tanınmış simaları bu hərəkətin utancverici olduğunu bildirmişdilər.
Qeyd edək ki, İran təbii sərvətlərinə görə dünya ölkələri arasında ön sıralarda yer alır. Lakin buna baxmayaraq, hökumət xalqın sərvətini raket və pilotsuz dronlar proqramlarına, habelə proksi (niyabəti) qruplaşmalarına xərcləyir. Bütün bunların heç birini qayda pozuntusu olaraq görməyən İran hökuməti xanımların stationa getməsini və vaxtlarını əyləncəli keçirməsini, təəssüf ki, qayda pozuntusu olaraq görür.
Bir yanıt yazın