Xəbər verdiyimiz kimi, bir neçə dəqiqə öncə İraqın Kürdüstan Muxtariyyətinin Xabat bölgəsində partlayış səsləri eşidilib.
“Aznews tv” xəbər verir ki, İranın “Sepah”a bağlı “Təsnim” xəbər ajansı “Hizbullah”a məxsus “Əl-Məyadin” televizyonuına istinadən partlayışın raket hücumundan meydana gəldiyini iddia edib.
Bildirilir ki, Xabat məntəqəsində yerləşən və “Kar” holdingə məxsus neftayırma zavoduna bir neçə “katyuşa” raketi ilə zərbələr endirilib.
“Təsnim”in məlumatında qeyd edilir ki, zavod bir neçə gün əvvəl “Sepah”ın villasına raket zərbələri endirdiyi iş adamına məxsusdur.
Xəbərdə, habelə Türkiyə əleyhinə fikirlər səsləndirilib və bu səbəbdən zavoda raket zərbələrinin İraqın şiə yaraqlıları tərəfindən endirildiyi fikri təlqin edilib.
Bir yanıt yazın