İranda 13-cü hökumətin neft satışının artdığını elan etməsinə və dünya bazarında neftın qiymətinin bahalaşmasına baxmayaraq, ölkədə alıcılıq qabiliyyəti əhəmiyyətli dərəcədə aşağı düşüb.
“Aznews tv”xəbər verir ki, bu barədə “İLNA” xəbər ajansı dünən iqtisadiyyat üzrə mütəxəssisə istinadən məlumat yayıb. Qeyd edilir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu il ölkədə əhalinin alıcılıq qabiliyyəti 60% azalıb.
“İLNA” ajansının məlumatında qeyd olunub ki, hökumət Ali Əmək Şurasının toplantısında əhalinin 70%-dən çoxunun yoxsulluq həddinin altında yaşadığını qəbul edib və buna uyğun olaraq Ali Əmək Şurasının anlaşmasını imzalayıb.
Mütəxəssislərin fikrincə, İran hökuməti neft satışını artırmaqla və Rusiyanın Ukraynaya hücumundan sonra dünya bazarında neftin qiymətinin bahalaşması ilə büdcə kəsirlərini əhəmiyyətli dərəcədə bağlamağı hədəfləyir.
Bir yanıt yazın