Yaponiya Şimali Koreyaya qarşı sanksiyaları genişləndirəcək – AZERBAYJAN NEWS-AZ / TURKİSHNEWS- ABDULLAH TÜRER YENER
Yaponiya hökuməti növbəti raket sınaqlarına görə Şimali Koreyaya qarşı sanksiyaları genişləndirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno aprelin 1-də Tokioda keçirilən mətbuat konfransı zamanı məlumat verib. Baş katib bildirib ki, Şimali Koreyanın dörd təşkilatının və doqquz fiziki şəxsinin aktivləri ölkənin nüvə və raket proqramlarında iştiraka görə dondurulacaq.
“Yaponiya nüvə və raket proqramları, həmçinin oğurlanmış yaponlar problemləri ilə əlaqədar Şimali Koreyanı konkret addımlar atmağa çağırır”, – deyə H.Matsuno bildirib.
Xatırladaq ki, Şimali Koreya bu ilin əvvəllərində başladığı raket sınaqlarını davam etdirərək, ötən həftə yeni növ qitələrarası ballistik raketin buraxılışını həyata keçirib.
Bir yanıt yazın