Tehran və Vaşinqton nüvə müzakirələrinin dayandırılmasında bir-birilərini günahlandırır

İran və Amerika dünən Tehranla Qərb ölkələri arasında davam edən nüvə danışıqlarının bir neçə həftəlik dalana dirənməsində növbəti dəfə bir-birilərini günahlandırıblar.

“Aznews tv” xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Vaşinqton Tehranın tələblərinə cavab vermədiyi müddətcə, İranın müzakirə qrupunun nüvə anlaşmasını canlandırmaq üçün danışıqların keçirildiyi Vyanaya qayıtmayacaqlarını deyib.

Xətibzadə İran mediasına açıqlamasında habelə bildirib ki, müzakirələrin dayandırılmasının səbəbkarı Amerikadır və çıxış yolu da Ağ Evdədir.

Digər tərəfdən, Amerika Dövlət Departamentinin sözçüsü rəsmi Tehranın nüvə anlaşmasının dirçəldilməsi ilə bağlı razılaşmanın mümkün olmasına imkan vermədiyini söyləyib.

“Aznews tv” xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Vaşinqton Tehranın tələblərinə cavab vermədiyi müddətcə, İranın müzakirə qrupunun nüvə anlaşmasını canlandırmaq üçün danışıqların keçirildiyi Vyanaya qayıtmayacaqlarını deyib. - msg 1181644289 6214

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir