Bu barədə Təbrizin birinci bölgəsinin Təhsil İdarəsinin başçısı məlumat verib.
Təbrizin birinci bölgəsinin Təhsil İdarəsinin başçısı İsfəndiyar Sadiqi mediaya verdiyi açıqlamada bildirib ki, başçılıq etdiyi bölgədə məktəblərin ən azı 40%-I istifadəyə yararsız durumdadır.
Sadiqi Təbrizin 1-ci bölgəsində olan məktəblərin 100-nin aprelin 3-dən fəaliyyətə başladığını və bu təhsil ocaqlarında oxuyan məktəblilərin 80%-nın məktəblərə getdiyini deyib.
O, qeyd olunan bölgə məktəblərində təhsil alan məktəbli sayının 75 min olduğunu, onların 40%-nın təhsil şərayitlərinin standartlara uyğun olmadığını bildirib.
Bir yanıt yazın