Site icon Turkish Forum

Ramazan ayında nə yeyib, nə içək? – Ekspertdən TÖVSİYƏLƏR

Ramazan ayında nə yeyib, nə içək? - Ekspertdən TÖVSİYƏLƏR- MATBUAT.AZ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - ayni kaptan yemek yer sofrasi

Ramazan ayında nə yeyib, nə içək? – Ekspertdən TÖVSİYƏLƏR- MATBUAT.AZ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Ramazan ayında nə yeyib, nə içək? - Ekspertdən TÖVSİYƏLƏR- MATBUAT.AZ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - osmanliyemekleri

rucun əsas məqsədlərindən biri insanlara aclıq və susuzluğun nə demək olduğunu öyrətməkdir. O, insanları bir-birinə yaxınlaşdırır, doğmalaşdırır. Oruc bundan başqa insanı müxtəlif xoşa gəlməyən yollara sövq edən nəfsini nəzarət altına almağa kömək edir.

Bəs Ramazan ayında insanlar necə qidalanmalıdırlar? Məhz bu sualların cavabını öyrənmək üçün qida məsələləri üzrə ekspert Ağa Salamov ilə söhbət apardıq. Mütəxəssis Metbuat.az-a bildirdi ki, aclıq və susuzluğun nə demək olduğunu insanlara öyrədən Ramazan ayında oruc tutan şəxs günboyu yemək yemədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət yetirilməlidir.


”Hazırda havalar bir qədər sərin keçdiyi üçün, oruc tutanların susuzluqdan əziyyət çəkmək kimi problem bir o qədər də olmur. Amma imsak və sahurda çalışmaq lazımdır ki, ədviyyatlı məhsullar, duzlu pendir, turşular, konservləşdirilmiş məhsullar, emal olunmuş ət məhsulları (kolbasa,sosiska,hisə verilmiş balıq) kimi qidalardan uzaq durmaq lazımdır. Bu cür qidalar gün ərzində susuzluq hissini artırır. Həmçinin qazlı rəngli içkilər, enerji içkiləri və qəhvədən uzaq durmaq lazımdır. Oruc tutanlar səhər imsakda daha çox kalori, dəyəri yüksək yeməklər yeyirlər. Əslində yaxşı olar ki, suya tələbat yaratmayan qidalar yeyilsin. Bura əsasən yumurta, ağartı məhsulları, kərə yağı, nehrə yağı, qaymaq, qatıq, yüksək lifli qidalardan, mərci, lobyalı, noxud, çərəzlər və quru meyvələr istehlakı daxildir.

Duzdan imtina o demək deyil ki, biz ümumyyətlə qida zamanı duzdan istifadə etməməliyik. Gün ərzində orqanizmə tələb olunan 5 qram duzu biz qidalanma zamanı qəbul etməliyik.

Tər vasitəsi ilə insanlarda gün ərzində bir çox minerallar bədəndən ayrılır. Ona görə də orucumuzu açdığımız zaman, bişirilən yeməklərin tərkibində duz olmalıdır ki, itirdiyimiz həmin faydalı mineralların defisitini yaşamayaq”.

Ağa Salamov deyir ki, Ramazan ayında adətən 8-16 saat orucluq vaxtı olur. Bu mövsüm isə 15 saat biz ac qaldığımıza görə bu müddətdə itirdiyimiz enerjini geri qaytarmaq üçün ət məhsulları, ağartı məhsulları, lifli qidalar, çərəzlər, tərəvəzlərin qəbulu, orqanizmanın zəifləməməsi və maddələr mübadiləsinin pozulmaması üçün çox vacibdir.

Bəs Ramazanda suyun istehlakı necə olmalıdır?

“Sahur vaxtı tədricən 700 ml suyun istehlakı gün ərzində susamamaq, bədənin su balansının təmin olunmasında önəmlidir. Suyun da burada fəlsəfəsi böyükdür. Gün ərzində susuz qalıb qatılaşmış qanı durultmaq üçün su içilməsi mütləqdir. Suyun sadə PH səviyyəsi 7.35-45 arasında olması lazımdır. Qətiyyən rəngli, qazlı sular ilə iftarı açmaq düzgün sayılmır. Çay seçimi zamanı yaxşı olar ki, bitki çayları qəbul edilsin. Çünki qara çay oruc tutan insanların bədənlərində susuzluq və mədə narahatlığına səbəb ola bilər. Xüsusilə razyana və çobanyastığı çayı tövsiyə olunur. Burada çayın yanında şirniyyat yeyiləcəksə yaxşı olar ki, yeməkdən iki saat sonra su və ya süd ilə qəbul edilsin”.
Bəzən uzun sürən aclıqdan sonra boş mədəni yükləməmək üçün iftarımızı həddindən artıq yağlı, xəmir yeməklərindən və unlu qənnadı məmulatları ilə qidalanaraq açmaq istəyirik.

Qida texnoloqunun məsləhətinə görə, yaxşı olar ki iftar otaq temperaturunda saxlanılan su və xurma ilə açılsın.

Ramazan ayında nə yeyib, nə içək? - Ekspertdən TÖVSİYƏLƏR- MATBUAT.AZ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - Hurma20ve20Ceviz20Macunu

“Xurmanın tərkibində şəkər, zülal, lif və yağdan başqa 15 fərqli mineral və C, B1, B2, niacin və A vitaminləri var. Həmçinin xurmada immunitet sistemini gücləndirərək xərçəngin qarşısını alma funksiyasına sahib olan selenium kimi minerallarda mövcuddur. İftar yeməyinə, mərci, tərəvəz və ya paxlalı, gül kələmi, brokolidən hazırlanmış şorba və bir dilim tam buğda ya da çovdar çörəyi ilə başlamaq lazımdır. Şorbadan sonra dərhal əsas yeməklərə keçmək olmaz.Təqribən 15 dəqiqə gözlədikdən sonra digər yeməklərə başlamaq olar. Onu da qeyd edim ki, ana yeməklər ilə qidalanma zamanı norma həddi gözlənilməlidir. Ət istehlakı zülal ehtiyacı üçün 250 qramdan artıq olmamalıdır. Bu da əsasən çəki fərqinə görə müəyyən edilir. Yəni bu o demək deyil ki, mütləq qaydada ət tükədilməlidir. Bu digər zülal tərkibli qidalar arasında bölünməlidir. 50 faizi bitki mənşəlli, 50 faizi isə heyvan mənşəlli olmalıdır. Əsas yeməyi isə yaxşı çeynəmək lazımdır. Həzm prosesimizi yaxşılaşdırmaq, mədənin lazımı qədər şirə ifraz etməsi üçün bu mütləqdir”.

Ramazan ayında sağlam qidalanma və yanlış qidalanmanın mümkün fəsadları

Bəs kimlərə oruc tutmaq sağlamlıq baxımından olmaz?

”Qan təzyiqi olan, epilepsiya, insulin qəbul edən, həmçinin mədə və 12 barmaq xəstəliyi olan eyni zamanda COVİD xəstələri oruc tuta bilməzlər. Yaşlı və xəstə insanlar mütləq həkim müayinəsindən keçməli və həkimlərinin məsləhəti olmadan oruc tutmaqları da tövsiyə olunmur”.
Gülbəniz Hüseynli / Metbuat.az

Exit mobile version