İslam Cümhuriyyəti sinemasının qadın üzvləri bəyanat yayaraq İran kinosunda qadınlara qarşı geniş yayılmış və sistematik zorakılığa, habelə cinsi bərabərsizliyə etirazlarını bildiriblər.
“Aznews tv”xəbər verir ki, bəyanatda deyilir: “Biz iş yerində hər hansı zorakılıq, təqib və cinsi təcavüzü pisləyirik və onu dayandırmaq üçün qanunu pozanların ciddi cəzalandırılmasına çağırırıq”.
170 qadın tərəfindən imzalanan bəyanatda habelə qeyd olunub: “Son aylarda qadınların cinsi zorakılığa qarşı bir hərəkat olaraq göstərdikləri səylər çərçivəsində sinema mühitində qadınların təcavüz və istismar olunması ilə bağlı məsələlər qaldırılıb”.
Sonda bəyanatda əlavə edilib ki, İran kinosunda güc və şöhrət sahibləri öz mövqelərindən qadınlara qarşı təhdid, təhqir və təcavüz üçün istifadə edirlər.
Bir yanıt yazın