Əhməd Əlirzabeygi hökumətin yanlış siyasətlərinin ölkədən insanların qaçmasına səbəb olduğunu deyib.
Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeygi özünün sosial media hesabında paylaşım edərək hökumətin yanlış siyasətlərinin ölkədən insanların qaçmasına səbəb olduğunu deyib.
“Müharibə nəticəsində Ukraynadan 4 milyona yaxın insan öz ev-eşiyindən didərgin düşüb. Sadə hesablama ilə İran hökumətinin yanlış siyasətləri nəticəsində çox sayda işçi qüvvəsi, mütəxəssisin maddi imkanlarla birlikdə ölkədən çıxmasını görə, bunun Ukraynada baş verənlərdən də ağır olduğunu anlaya bilərik”-deyə, millət vəkili bildirib.
O, martın 29-da Məşhəd şəhərində qadınların stadiona girişinin qarşısının alındığını, onlara qarşı zor tətbiq edildiyinə toxunaraq bunun vətəndaşların dahada çox məyus olmalarına səbəb olduğunu söyləyib.
“Hökumətin anlamsız siyasətləri, məsulları şəxsi zövqlərinə görə davranması. O cümlədən qadınların stadionlara buraxılmaması çox sayda insanın, özəliklə gənclərin durumdan daha çox narazı qalmalarına və ölkəni tərk etmələrinə səbəb olur. Nə vaxta qədər xalqa və onun istəklərinə qarşı laqeyd davranmaq olar?”-deyə, Əlirzabeygi vətəndaşların istəklərinə qarşı zorakılıqla cavab verilməsinə etiraz edib.
Bir yanıt yazın