İran xəstəxanalarında tibb bacıları çatışmır

“İran xəstəxanalarında ən azı 100 min tibb bacısı çatışmazlığı var”.

“Aznews tv” xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin rəsmisi Abbas İbadi deyib.

İran Tibb Bacıları Evinin baş katibi bir müddət öncə verdiyi açıqlamada tibb bacılarının ölkədən getdiyini və onların əvəzinə yeni heç bir tibb bacısının işə qəbul edilmədiyini bildirib.

Ölkədə koronavirus xəstəliyinin kəskin şəkildə artdığı bir vaxtda ayda 500 tibb işçisinin İranı tərk edərək digər ölkələrə sığındığı təxmin edilir və bundan qaynaqlanaraq, ölkə ciddi şəkildə tibb bacısı çatışmazlığı ilə üzləşib.

Xatırladaq ki, İran Səhiyyə Komissiyasının sözçüsü bir müddət öncə tibb bacılarının ikiqat işlədildiyinə toxunaraq bildirmişdi ki, ölkədə tibb bacıları çatışmazlığı olduğu üçün onlar əlavə olaraq 150 saat çalışmaq məcburiyyətində qalıblar.

“Aznews tv” xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin rəsmisi Abbas İbadi deyib. - ef483a34 d25f 4d0d 9e8e 6f92303012b2

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir