O, bu barədə özünün sosial media hesabında paylaşım edib.
Kərəc şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Xədicə Hjiri (Turan) martın 30-da özünün sosial media hesabında etdiyi paylaşımda İran təhlükəsizlik məmurlarının özü və ailəsinə qarşı basqıları çoxaltdığını yazıb.
O, yaşadıqları binanın avtomobil parkından həyat yoldaşının taksi kimi istifadə etdiyi şəxsi avtomobillərinin oğurlandığını, sonradan avtomobilin yararsız qalıqlarının polis tərəfindən onlara verildiyini deyib.
Xədəciə Həjirinin yazdığına görə, ailəsinin polisə müraciətləri nəticə verməyib və bundan öncə baş verən başqa hadisələrə görə, bu hərəkətin təhlükəsizlik məmurları tərəfindən onlara qarşı növbəti təzyiqdir.
Bir yanıt yazın