Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm (Abdin Xurrəm) Rusiya Federasiyasının İrandakı səfiri Levan Caqariyan ilə görüşdə Rusiya Federasiyası ilə çoxtərəfli münasibətlərin qurulmasının vacibliyini bildirib.
O, İran prezidenti İbrahim Rəisinin Rusiyaya səfərini iki ölkə arasında olan münasibətlərdə tarixi dönüş nöqtəsi adlandırraraq, bundan sonra İranın Moskvadakı səfiri ilə Şərqi Azərbaycan əyaləti ilə Rusiya federasiyası arasında ticari və iqtisadi əlaqələrin dahada genişləndirilməsi ilə bağlı toplantı keçirdiklərini deyib.
Əyalətin potensialının Rusiya ilə daha sıx münasibətlər qurmağa imkan verdiyini söyləyən səfir Qarabağda yenidənqurma işlərində Rusiya şirkətlərinin önəmli rol oynadıqlarından danışıb.
Rusiyanın səfiri Levan Caqariyan Şərqi Azərbaycan əyaləti ilə Rusiya arasında tarixi münasibətlərə toxunaraq, hal-hazırda bu əyalətlə Tatarıstan Cümhuriyyəti arasında yaxşı əlaqələrin olduğunu, bunun Rusiya ilə münasibətlərin daha da genişləndirilməsinə şərayit yaratdığını qeyd edib.
Caqariyan Şərqi Azərbaycan əyalətindən Rusiyaya bir sıra ərzaq və kənd təsərrüfatı mallarının ixracı ilə bağlı yaranan manelərin aradan qaldırıldıını, bundan sonra ticari ilişkilərin çoxalacağını bildirib.
Qeyd edək ki. bundan öncə əyalət valilərinin heç bir ciddi səlahiyyətlərinin olmadığını deyən Zeynəlabdin Rəzəvi Xurrəm Ermənistan və Rusiya ilə münasibətlərin genişləndirilməsində xüsusi səlahiyyətlərə malikdir.
O, Şərqi Azərbaycan əyaltinin illik büdcəsi və böyük layihələrin tamamlanması üçün qərar verə bilmədiyini desədə, adı çəkilən iki ölkə ilə bağlı əlaqələrdə qərar verə biləcəyini iddia edir.
Bundan öncə, 44 günlük ikinci Qarabağ müharibəsindən dərhal sonra Tehran hökuməti Şərqi, Qərbi Azərbaycan və Ərdəbil əyalətləri valilərinə Azərbaycan Respublikası və Ermənistanla əlaqələrdə xüsusi səlahiyyətlər verib.
Bir yanıt yazın