Onlar günlərdir elektrik verilişinin dayandırılmasına etiraz ediblər.
Güney Azərbaycanın Qəzvin əyalətinin Sirdan şəhərinin əhalisi etiraz aksiyası keçirərək günlərdir davam edən elektrik və telefon xətlərinin kəsilməsindən narazılıqlarını bildiriblər.
Etirazçılar davamlı elektrik kəsintisi üzündən elektrik avadanlıqlarının xarab olduğunu, müraciətlərinin məsullar tərəfindən cavabsız qaldığını deyirlər.
“Seçkilər ərəfəsində əhaliyə vədlər verən, onların səsini qazanmaq üçün hər cür yalan danışan millət vəkilləri, bələdiyyə və Şəhər Şurası məsuları, fərmandar indi qaçıb gizlənir, vətəndaşların qarşısına çıxmırlar”-deyə, etirazçıların nümayəndəsi biıdirib.
Bir yanıt yazın