Ticarət Palatasının üzvü: İranda yoxsulluq dəhşətli səviyyəyə çatacaq

Ticarət Palatasının üzvü İranda mütləq yoxsulluğun xeyli artacağı xəbəri ilə dolların 40 min tümənə çatacağını proqnozlaşdırıb.

İranın Ticarət Palatasının üzvü Xosrov Fruğan yeni günəş ilində İranda mütləq yoxsulluğun artacağı və faciəli həddə çatacağı ilə bağlı proqnoz verib.

O, İbrahim Rəisi dövlətinin hazırkı metdodunun heç bir işə yaramayacağını, bu siyasətin yoxsulluğun azalmasına deyil, daha çox artacağına gətirib çıxaracağı barədə xəbərdarlıq edib.

“Cənab prezident mütləq yoxsulluğun aradan qaldırımalı olduğunu deyir. Ancaq hazırkı fəaliyyət forması ilə mütləq yoxsulluq dahada çoxalacaq və aztəminatlı təbəqə saysız çətinliklərlə üzləşəcəklər”-deyə, tanınmış iqtisadçı bildirib.

Onun sözlərinə görə, xarici valiyuta ilə bağlı güzəştlərin ləğv olunması tümənin dəyərinin çoxalmasına deyil, onun dahada dəyərdən düşməsinə, yaxın vaxtlarda bir dolların 40 min tümənə çatmasına səbəb olacağını qeyd edib.

O, yeni günəş ilində işçilərin əmək haqlarının 57% artırılması ilə bağlı iddiaları əsassız sayıb və bildirib ki, real olaraq dövlət işçilərinin əmək haqları 10% civarında artıb, bu isə infliyasiyanın səviyyəsinin yüksək olmasına görə heç nəyi həll etmir.

İranın Ticarət Palatasının üzvü Xosrov Fruğan yeni günəş ilində İranda mütləq yoxsulluğun artacağı və faciəli həddə çatacağı ilə bağlı proqnoz verib. - icar t alatas n n zv randa yoxsulluq d h tli s viyy y atacaq 0 1648104149

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir