“SEPAH terrorizmin və nifrətin yayılmasının səbəbkarıdır”-İsrail prezidenti

İsrail prezidenti İshaq Hersoq İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorizmin və nifrətin yayılmasında əsas amil adlandırıb və xalqları İrana qarşı birləşməyə çağırıb.

İshaq Hersoq xalqları İrana qarşı birləşməyə, çox gec olmadan İranın kin, düşmənçilik və nifrət saçan hərəkətlərinin qarşısını almağa çağırıb.

Bu barədə İsrail Xarici İşlər Nazirlyinin rəsmi veb saytı məlumat yayıb.

Məlumta görə, Fransanın Tuzla şəhərində çıxış edən prezident İsrail millətinin öz torpaqlarında yaşadığı üçün təhdid edilməsinə göz yummayacağını deyib.

İsrail prezidentinin bu sözləri nüvə razılaşmasının bərpası ilə bağlı Vyana danışıqlarının son mərhələsində olduğu və SEPAH-ın Amerikanın terror təşkilatları siyahısından çıxarılmasını tələb etdiyi bir vaxta təsadüf edir.

Son günlər bir çox İsrail rəsmiləri və bəzi keçmiş administrasiya rəsmiləri və Amerika Konqresinin üzvləri İranın tələbini qəbul etməyin nəticələri barədə Amerika hökumətinə xəbərdarlıq ediblər.

İshaq Hersoq xalqları İrana qarşı birləşməyə, çox gec olmadan İranın kin, düşmənçilik və nifrət saçan hərəkətlərinin qarşısını almağa çağırıb. - srail prezidenti ran nqilab e ik il ri terrorizm v nifr tin

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir