İranda hərbi hissədə əsgər 4 əsgər yoldaşını güllələyərək öldürüb

İranın Buşehr şəhərində 1 əsgər 4 əsgər yoldaşını güllələyərək öldürüb.

“Aznews tv”xəbər verir ki, İran mətbuatı hadisənin əsgərlərin postda növbəni dəyişən zaman aralarında yaranan davadan meydana gəldiyini iddia edir.

Bildirilir ki, həmin əsgər daha sonra hərbi hissənin yanında dayanan “Səmənd” markalı avtomobilin sürücüsünü girov götürərək qaçmağa nail olub.

İran polisi postlardan birində avtomobili saxlamağa cəhd göstərib. Lakin atışma nəticəsində qatil yenidən başqa maşına əyləşərək hadisə yerindən uzaqlaşa bilib. Polislər arasında ölən və yaralananlarla bağlı məlumat verilmir.

Son məlumatlara görə, artıq həmin əsgər İranın əmniyət gücləri tərəfindən həbs edilib.

“Aznews tv”xəbər verir ki, İran mətbuatı hadisənin əsgərlərin postda növbəni dəyişən zaman aralarında yaranan davadan meydana gəldiyini iddia edir. - indir

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir