Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu başda olmaqla bir neçə şəhərdə polis məmurları ilə vətəndaşlar arasında qarşıdurma olub.
Yaz bayramı şənlikləri mərasimlərinə qatılan vətəndaşlara qarşı tətbiq edilən məhdudiyyətlər qarşıdurma ilə nəticələnib.
Martın 20-i axşam saatlarında əyalətin Urmu, Üşnü və Piranşəhr şəhərlərində baş verən qarşıdurma zamanı bir neçə nəfərin yaralandığı, bir neçə nəfərin isə saxlanıldığı bildirilir.
Yerli sosial media kanallarında saxlanılanların sayı və kimliyi barədə dəqiq açıqlama verilmədən onların təhlükəsizlik məmurları tərəfindən həbs olunduqları yazılır.
Qeyd edək ki, özəlliklə Piranşəhr və Üşnü şəhərlərində yaşayan və azlıqda olan kürdlər yaz bayramı şənliklərini xüsusi formada keçirir və bunu kürd bayramı kimi qələmə verir, İraq, Terkiyə və İranda fəaliyyət göstərən kürd silahlı qruplaşmalarının simvollarını qaldırırlar.
Onların bu hərəkəti türklər arasında qıcıq və narahatlıq yaratdığı üçün bundan öncəki illərdə dəfələrlə qarşıdurmalar və toqquşmalar baş verib.
Bundan sui-istifadə edən Tehran rejimi, mərasimlərin iğtişaşa səbəb olduğunu bəhanə edərək bayram şənliklərinin keçirilməsinə məhdudiyyətlər qoyur.
Bir yanıt yazın