İran televiziyasında Azərbaycan rəqsinə senzura tətbiq edilib

Martın 20-də İran televiziyasının 3-cü kanalında Yaz bayramı münasibətilə yayınlanan “Əsri cədid” proqramında başqa xalqların rəqsi nümayiş etdirildiyi halda Azərbaycan rəqsinin göstərilməsinə imkan verilməyib.

İranda yaşayan müxtəlif xalqların musiqi qruplarının qatıldığı proqramda Azərbaycanı Ərdəbil şəhərinin “Aylan” rəqs qrupu və ərdəbilli müğənnə Ayhan təmsil edirdi.

Verilişin rejissoru Azərbaycan rəqs qrupu və Ayhanın ifasından bir saniyə belə yayınlanmağa icazə vermədiyi halda başqa etniklərin nümayəndələrinin ifaları tamamilə yayınlanıb.

Bu, qrup üzvləri ilə yanaşı azərbaycanlı tamaşaçıların narazılıqlarına səbəb olub və sosial mediada bu hərəkətə qarşı geniş etiraz paylaşımları edilib.

Veriliş məsulları, rejissor və aparıcıların bu hərəkətə görə üzr istəməmələri və azərbaycanlı sənətçilərin rəqs və ifasına yenidən icazə verməmələri “Aylan” rəqs qrupu və Ayhanın verilişi tərk etmələri ilə nəticələnib.

Proqram Azərbaycan nümayəndələri olmadan davam edib.

Bundan sonra ərdəbilli müğənni ssial mediada etdiyi paylaşımda televizya məsullarının bu hərəkətini tənqid edib.

“İranın Radio və Televiziyasının rəsmiləri məni və Azərbaycanın “Ailan” rəqs qrupunu Yeni il üçün xüsusi proqrama dəvət etdilər və biz Azərbaycanın dilini, mədəniyyətini, incəsənətini, rəqs və musiqisini nümayiş etdirmək üçün dəvəti qəbul etdik. bu proqramda iştirak etdi. Amma məsullar Azərbaycan rəqs və musiqi proqramına senzura qoydu”-deyə,

İranda yaşayan müxtəlif xalqların musiqi qruplarının qatıldığı proqramda Azərbaycanı Ərdəbil şəhərinin “Aylan” rəqs qrupu və ərdəbilli müğənnə Ayhan təmsil edirdi. - ran televizyas nda z rbaycan r qsin senzura t tbiq edilib 0 1647850067

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir