Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu zindanında saxlanılan Türkiyə Cümhuriyyətinin vətəndaşı Hatəm Özdəmir edam cəzasına məhkum edilib. Bu barədə Xoy şəhərinin İnqilab Məhkəməsi qərar çıxarıb.
İnqilab Məhkəməsinin 1-ci bölməsinin Özdəmirə qarşı “islam quruluşuna qarşı silahlı üsyan” ittihamı ilə çıxardığı edam hökmü martin 15-də ona bildirilib.
2019-cu il yayının əvvəllərində Makı şəhərində saxlanılan Hatəm Özdəmir Urmu şəhərinin təhlükəsizlik idarəsinin təcridxanasına aparılıb və orada dindirildikdən sonra Urmu zindanına köçürülüb.
Türkiyə vətəndaşının hansı qrupa bağlı olduğu və törətdiyi cinayət əməli ilə bağlı açıqlama verilmir.
İranın kürd müxalif qruplaşmalarının məhkum barədə yaydıqları məlumatlardan onun Türkiyə kürdlərindən olduğu və PKK, PEJAK silahlı təşkilatlarının üzv olduğu ehtimal edilir.
Bir yanıt yazın