“Əlinin ədaləti” kiber qruplaşması İranın Kəşfiyyat Nazirliyinin siyasi, milli və ictimai fəalların ölkədən çıxması ilə bağlı planını əks etdirən daha bir sənədini ifşa edib.
İranda təhlükəsizlik və məhkəmə qurumları fəalların və müxaliflərin İran daxilində mövcud olmasının zərərinin onun faydalarından daha çox olduğu qənaətinə gəldikdə, onları ölkəni tərk etməyə məcbur edirlər.
“Əlinin ədaləti” kiber qrupunun BBC-yə təqdim etdiyi bu sənəddə, habelə ETTELAAT-ın Tehran İnqilab Keşikçiləri Korpusuna müdaxilə etdiyi və Kəşfiyyat Nazirliyinin müxaliflərin şəxsi həyatına nəzarət etdiyi qeyd edilib.
Sənəddə 4 müxtəlif mövzudan danışılır.
Birinci bəndin mövzusu azərbaycanlı siyasi və insan haqları fəalı Nərgiz Məhəmmədinin “çıxış qadağasının götürülməsi” və xanım Məhəmmədinin “özünü məzlum kimi göstərmə” və “xitab olunanların hisslərini təhrik etmək”lə mediadan sui-istifadə etməsinə dair fikirlərdir.
Sənəddə bildirilir ki, Nərgiz Məhəmmədinin ölkədən çıxışına qoyulan qadağa onun insan haqları təşkilatları, xaricdə olan fəallar və televizya kanalları ilə əlaqəsinin kəsilməsinin qarşısını ala bilmir və o onlayn şəkildə xarici mətbuata müsahibə verməkdə davam edir.
Bununla yanaşı sənəddə azərbaycanlı fəal Nərgiz Məhəmmədinin timsalında xaricdə yaşayan müxaliflərin arasında ixtilaf yaradaraq onları bir-birlərinə qarşı qoymaq planları barədə qeydlər var.
Adı çəkilən gizli sənəd 6 noyabr 2022-ci il tarixinə, Nərgiz Məhəmmədi barədə həbs qərarı çıxarılmadan öncəyə aiddir.
Qeyd edək ki, zənganlı jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədi yanvarın 15-də Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsinin çıxardığı qərara görə 8 il həbsə və 70 şallaq zərbəsinə məhkum edilib.
Əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan və iki uşaq anası olan Nərgiz Məhəmmədi bundan əvvəl insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı dinc fəaliyyətlərinə görə dəfələrlə həbsə salınıb.
Rejim məmurları tərəfindən mütəmadi olaraq, təhdid edilərək təzyiqlərə məruz qalıb.
Bir yanıt yazın