Almaniyanın qərbində yerləşən Munster şəhər polisi martın 17-də şəhərdəki “İmam Mehdi” məscidini bağlayıb.
“Aznews tv”nın xəbərinə görə, Almaniyanın “Bild” qəzeti polisin məscidə basqın etməsi və bu məscidə bağlı iki nəfərin dindirilməsi barədə yazıb ki, sözügedən İslam mərkəzi və onu idarə edənlər Almaniyanın ana yasasını pozmuş ola bilərlər.
Şəhər polisinin sözçüsü Antoniya Linenbrik mərkəzin əmlakının müsadirə olunduğunu təsdiq edərək, “Biz, habelə ana qanuna zidd fəaliyyətlə bağlı sübutlar axtarırıq” deyib.
Bu xəbəri dərc edən “The Jerusalem Post” qəzeti bildirib ki, məscidin bağlanması ilə bağlı addım İranın dəstəklədiyi Livanın Hizbullah qruplaşmasıına bağlı ünsürlərin bu mərkəzdə fəaliyyət göstərməsi ilə bağlı yayılan xəbərlərdən sonra atılıb.
Xatırladaq ki, Almaniya hökuməti 2020-ci ildə Hizbullahın bu ölkədə bütün fəaliyyətlərini qadağan edib. Bununla yanaşı, Munster şəhərinin də yerləşdiyi Ren-Vestfalya əyalətinin ötən 20 il ərzində Hizbullah dəstəkçilərinin Avropadakı fəaliyyət mərkəzlərindən biri olması barədə xəbərlər yayılıb.
Bir yanıt yazın