Bayden Putini “hərbi cinayətkar” adlandırdı

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini hərbi cinayətkar adlandırıb. Ağ Evdə “Fox News” telekanalının jurnalisti Baydendən rusiyalı həmkarını hərbi cinayətkar adlandırmağa hazır olub-olmadığını soruşub.

Bayden bu suala cavab verməyib və otağı tərk edib. Lakin geri qayıdandan sonra müxbir sualı təkrar soruşub.

Bundan sonra Bayden cavabında bildirib ki,o, hərbi cinayətkardır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Baydenin ritorikasını bağışlanmaz adlandırıb.

“Bombaları dünyada yüz minlərlə insanın ölümünə səbəb olan dövlət başçısının belə ritorikasını qəbuledilməz və bağışlanmaz hesab edirik”,- deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayırıb.

Bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

Onun sözlərinə görə, təkcə bu həftə ABŞ-ın Ukraynaya yeni təhlükəsizlik yardımının ümumi məbləği 1 milyard dollara çatıb.

Bundan başqa, ABŞ hakimiyyəti Ukraynaya əlavə silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər, atıcı silahlar və döyüş sursatları ötürmək niyyətindədir. (modern.az)

Bayden bu suala cavab verməyib və otağı tərk edib. Lakin geri qayıdandan sonra müxbir sualı təkrar soruşub. - 0 1647495978

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir