Gilan əyalətinin Rəşt şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni Rəşt mərkəzi zindanına köçürüldüyünü deyib.
O, bu barədə ailəsi ilə qısa telefon danışığı zamanı məlumat verib.
Milli fəalın yaxınları onun girov qarşılığında müvəqqəti azadlığa buraxılmasına icazə verilmədiyini billdirib.
Məlumata görə, məsələnin ictimailəşdirilməməsini istəyən təhlükəsizlik məmurlarının fəalın ailəsini təhdid edib.
Qeyd edək ki, Gilan əyalətinin mərkəzi Rəş şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Eyni yanvarın 22-də təhlükəsizlik idarəsinə çağırılıb.
Yanvarın 23-də Rəşt şəhərinin təhlükəsizlik idarəsinə gedən fəal saxlanılıb və martın 7-ə kimi onun harada saxlanıldığı və nədə ittiham olunduğu barədə ailəsinə heç bir məlumat verilməyib.
Bundan öncə 2020-ci ilin oktyabr ayında Məhəmməd Eyni İbrahim Gənci və Vədud Əsədi ilə birgə Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə saxlanılmışdı.
Onlar “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “sistemə qarşı təbliğat” ittihamı ilə mühakimə olunmuşdu.
Lakin 2021-ci ilin noyabr ayında Rəşt şəhərinin İnqilab Məhkəməsinin 12-ci bölməsi tərəfindən barələrində qaldırılan cinayət işinə son verilmişdi.
Bir yanıt yazın