Urmu gölünün ekoloji durumu daha da pisləşib: Gölün bərpası ilə bağlı aparılan işlər nəticə vermir

Urmu gölünün ekoloji durumu ötən ilə nisbətdə daha da pisləşib və gölün bərpası ilə bağlı aparılan işlərin yetərli olmadığı üçün müsbət nəticə əldə edilmir.

İran Enerji Nazirliyinin verdiyi məlumata görə, hal-hazırda Urmu gölünün su səviyyəsi ötən ilin oxşar dövrü ilə müqayisədə 62 santimetr, gölün sahəsi isə 1295 kvadrat kilometr azalıb.

Hal-hazırda göldə mövcud olan su həcmi 2.92 milyard kubmetrdir və son bir il ərzində su həcmində 2.03 milyard kubmetr azalma qeydə alınıb.

Normal ekoloji göstəricilərə əsasən Urmu gölünün sahəsi 4635 kvadrat kilometr, suyunun həcmi isə 15 milyard kubmetrdən çox olmalıdır.

Qeyd edək ki, sabiq prezident Həsən Ruhani dövründə gölün bərpası ilə bağlı yaradılan qurumun bu günə kimi bərpa işlərində müsbət dəyişikliyə nail olmaması etirazlarla qarşılanıb.

Bununla yanaşı yeni prezident İbrahim Rəisinin seçki qabağı təbliğat və təşviqat kampaniyasında Urmu gölünün qurumasının qarşınının alınması ilə bağlı tədbirlər görəcəyi barədə vədləridə özünü doğrultmayıb.

Məsələ ilə bağlı yanvarn ilk günlərində açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib.

Urmu gölünün ekoloji durumu ötən ilə nisbətdə daha da pisləşib və gölün bərpası ilə bağlı aparılan işlərin yetərli olmadığı üçün müsbət nəticə əldə edilmir. - rmu g l n n ekoloji durumu dahada pisl ib 0 1646463888 780x470 1

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir