Sosial mediada güneyli siyasi məhbusla bağlı paylaşım edilib

Onlar Ruzbeh Pirinin qısa videosunu yayaraq ona dəstək verməyə çağırıblar.

Güney azərbaycanlı sosial media və milli fəalları Təbrizin mərkəzi zindanında 3 il 8 ay həbs cəzasını çəkməkdə olan siyasi məhbus Ruzbeh Piri ilə bağlı paylaşım edib, azərbaycanlıları onu unutmamağa çağırıblar.

Ruzbeh Piridən yayılan qısa videoda o, “Güney Azərbaycanın övladlarını həbs etməklə Azərbaycanın tələbləri unudulmayacaq”-deyə, bildirir.

Qeyd edək ki, fevralın 12-də İran hökumətinin təhlükəsizlik məmurları Güney azərbaycanlı milli-mədəni fəal Ruzbeh Piri Təbrizdəki ata evinə basqın edərək onu özləri ilə aparıblar.

Sonradan Pirinin bundan öncə “hökumətə müxalif qruplara üzvlük” ittihamına görə məhkum olunduğu 3 il 8 ay həbs cəzasını çəkmək üçün Təbrizin mərkəzi zindanına köçürüldüyü bəlli olub.

“Təbriz” tələbə jurnalının baş redaktoru, “Müstəqil Tələbələrin İslam Cəmiyyəti” təşkilatının qurucularından biri və “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisi olan Güney azərbaycanlı milli fəal Ruzbeh Piri bundan öncə mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs cəzasına məhkum edilib.

Onlar Ruzbeh Pirinin qısa videosunu yayaraq ona dəstək verməyə çağırıblar. - osial mediada g neyli siyasi m hbusla ba l payla m edilib 0 1646379533

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir