İran-Ermənistan əlaqələrinin çoxtərəfli ola biləcəyini açıqlayan sənaye naziri deyib: “İki ölkənin imkanları ikitərəfli mübadiləni üstələyir və biz bir neçə ölkəni iqtisadi məsələlərdə birləşdirə bilərik”.
“Aznews tv”xəbər verir ki, martın 3-də İrəvanda Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan ilə görüşdə Seyidrza Fatemi Əmin bildirib: “İran və Ermənistan siyasi və mədəni sahələrdə böyük əməkdaşlıq ediblər, amma təəssüf ki, iqtisadi əlaqələrimiz iki ölkə arasındakı siyasi və mədəni əlaqələrdən çox geridədir və bu gün iqtisadi əlaqələri möhkəmləndirmək bizim üzərimizə düşür”.
İranlı nazir ölkəsinin Ermənistanla qarşılıqlı əmtəə ticarəti və sərmayə qoyuluşu sahələrində əməkdaşlığının olduqca vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, İran-Ermənistan əlaqələri özəlliklə son vaxtlar artan xətt üzrə inkişaf edir. Bu qarşılıqlı münasibətlərə əsasən siyasi, ictimai, iqtisadi, idman və daha bir çox sahələri misal göstərmək olar. İranlı və işğalçı erməni dövlətinin rəsmilərinin davamlı görüşərək dostluqdan-qardaşlıqdan dəm vurmaları bir daha bu xəbis niyyətdən xəbər verir.
Bir yanıt yazın