Güney Azərbaycanın müxtəlif bölgələrindən çox sayda fəal Abbas bəyin görüşünə gedib
Güney azərbaycanlı milli-mədəni fəalların Abbas Lisani ilə görüşləri davam edir və fevralın 25-də Urmu və Təbriz şəhərindən fəallar Ərdəbil şəhərinə gedərək yenicə tibbi məzuniyyətə çıxmış siyasi məhbusla görüşüblər.
Müxtəlif bölgələrdən minlərlə insanın Abbas bəylə görüşmək istəməsinə baxmayaraq, karantin şərtləri və Abbas bəyin evinin tutumuna görə, bu ayrı-ayrı vaxtlarda qruplar halıda baş tutur.
Görüşdə fəalları maraqlandıran ümumi məsələlər və Beynəlxalq Ana Dili Günü ilə bağlı keçirilən mədəni tədbirlər müzakirə olunub.
Qeyd edək ki, Güney azərbaycanlı milli fəal, siyasi məhbus Abbas Lisani üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra 13 fevral, yerli vaxtla axşam saat 19:10-da 6 ay müddətinə tibbi məzuniyyətə buraxılıb.
Lisanini müayinə edən və Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun fəqərə sütununda ciddi problemlərin olduğunu, uzun müddətli müalicəyə ehtiyacı olduğunu qeyd ediblər.
“Ona altı ay müddətində cəzaçəkmə müəssisəsindən kənarda müalicə imkanı verilməli, bu müddət ərzində lazımi tibbi prosedurlar və cərrahi əməliyyatlar aparılmalı, qeyd olunan müddət bitdikdən sonra yenidən müayinəyə göndərilməlidir”-deyə, həkimlərin rəyində bildirilib.
Bir yanıt yazın