İranda koronavirusun altıncı dalğasının yayılması nəticədində gündəlik 4 min nəfərin xəstəxanaya yerləşdirilməsi xəbərləri ilə yanaşı, Qərbi Azərbaycan əyalətinin rəsmisi keçən həftə bu əyalətdə beş uşağın öldüyünü açıqlayıb.
“Aznews tv” xəbər verir ki, bu barədə “İLNA” xəbər ajansı məlumat yayıb.
İran Səhiyyə Nazirliyinin rəsmisi Səid Kərimi fevralın 10-da bildirib ki, hazırda ambulator müraciətlərin sayı 60 min nəfərə, xəstəxanaya yerləşdirilən xəstələrin sayı isə sutkada 4 min nəfərə çatıb.
Qeyd edək ki, daha öncə İran Tibb Sistemi Təşkilatının koronavirusla bağlı statistikası İran Səhiyyə Nazirliyinin müxtəlif rəsmiləri tərəfindən açıqlanan statistik rəqəmlərdən 3-4 dəfə çoxdur.