Xameneinin bacısı oğlu: Hökumət anamın rejimlə bağlı ifşaedici açıqlamalar verəcəyindən çox narahatdır. AZ.NEWS.TV / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
İranın ali lideri Əli Xameneinin bacısı oğlu öz bacısı Fəridə Muradxaninin tutulması ilə bağlı danışıb.
İranın ali lideri Əli Xameneinin bacısı oğlu öz bacısı Fəridə Muradxaninin tutulması ilə bağlı danışıb.
“Aznews tv”ın xəbərinə görə, o, dövlət rəsmilərinin onun ailəsinə bacısının tutulması ilə bağlı məsələni ictimailəşdirməmələri üçün xəbərdarlıq etdiyini deyib. O, habelə bildirib ki, hökumət onun anasının, yəni Xameneinin bacısının bildiyi hər şeyi danışmasından çox qorxur.
Fəridə Muradxaninin yanvarın 13-də Tehranda evinin yaxınlığında İranın əmniyət gücləri tərəfindən tutulan qardaşı Mahmud Muradxani də hökumətə qarşı mübarizə aparan siyasi fəaldır. Fransa vətəndaşı olan Mahmud Muradxani fevralın 2-də “Amerikanın səsi”nə müsahibəsində deyib: “Sepah-ın ETTELAAT idarəsindən zəng etdilər və konkret şəkildə dedilər ki, çox səs-küy salmayın”.
Mahmud Muradxani daha sonra əlavə edib: “Onlar mənim anamın bildiyi hər şeyi danışmasından qorxurlar, hansı ki bu, İran rejimi və şəxsən Əli Xameneiyə böyük çətinliklər yaradacaq”.