SEPAH-ın gizli sənədi yayıldı:

SEPAH-ın gizli sənədi yayıldı: “Cəmiyyət partlayış həddinə çatıb” AZ.NEWS.TV / TURKISHFORUM- ABDULLAH TÜRER YENER

SEPAH-ın gizli sənədi yayıldı: “Cəmiyyət partlayış həddinə çatıb” AZ.NEWS.TV / TURKISHFORUM- ABDULLAH TÜRER YENER - sepah motor

İranın “Təməl Dolanışıq Təhlükəsizliyi Böhranlarının Qarşısının Alınması üzrə İşçi Qrupu”nun iclasından əldə edilən “tam məxfi” sənəd yayılıb.

İranın “Təməl Dolanışıq Təhlükəsizliyi Böhranlarının Qarşısının Alınması üzrə İşçi Qrupu”nun iclasından əldə edilən “tam məxfi” sənəd yayılıb.

“Aznews tv”ın xəbərinə görə, məxfi sənəddə “cəmiyyətin partlayış vəziyyətində olduğu” və son bir ildə sosial narazılığın 300% artdığı vurğulanır.

“Əli ədaləti” kiber qruplaşması tərəfindən sosial mediada yayılan bu sənəd, İslam Keşikçiləri Korpusu- SEPAH-ınn komandirinin müavini, briqada generalı Hüseyn Necatın sədrliyi ilə 21 noyabr 2021-ci ildə “Sarollah” qərargahında keçirilən toplantının yeddi səhifəlik protokolunun tam mətnidir.

Toplantıda SEPAH-ın nümayəndəsi, Tehran Prokurorluğu, Tehran Kəşfiyyat İdarəsi, Kəşfiyyat və İctimai Təhlükəsizlik Polisi, Bəsic İqtisadi Kəşfiyyat, “Həzrət Seyid Əl-Şühəda” Korpusu, “Həzrət Rəsul” Korpusu, yarımhərbi “Bəsic” və SEPAH-ın Ettelaat Təşkilatının nümayəndələri iştirak ediblər.

SEPAH-ın “Sarollah” Qərargahı ölkədə etirazların yatırılmasına cavabdeh olan əsas qurumlardan biridir.

“Vətəndaşlar arasında aparılan sorğunun nəticələri göstərir ki, cəmiyyətdə mövcud vəziyyət partlayış həddinə çatıb”-deyə, SEPAH komandanının sosial məsələlər üzrə müavini Məhəmmədi gizli toplantıda bildirib.

O, İbrahim Rəisinin mühafizəkar hökumətinin hakimiyyətə gəlməsinə toxunaraq, əvvəlcə milli inam göstəricilərinin bərpa olunduğunu, bir müddət sonra, xüsusilə son aylarda baş verən bir neçə sarsıntının bu hökumətin hakimiyyəti saxlayıb-saxlaya bilməyəcəyi barədə şübhələrə yol açdığını deyib.

Kəşfiyyat və İctimai Əmniyət Polisinin rəisi, polkovnik Kaviani cari İran ilinin son dörd ayında etirazlar barədə proqnozlar haqqında hesabat təqdim edərək, sözügedən dövrdə etiraz mitinqlərinin ötən illə müqayisədə 48 faiz, etirazçıların sayının isə 98 faiz çoxaldığını qeyd edib.

SEPAH-ın gizli sənədi yayıldı: “Cəmiyyət partlayış həddinə çatıb” AZ.NEWS.TV / TURKISHFORUM- ABDULLAH TÜRER YENER - sepah motor

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir