İranda ana dili zülmünə qarşı yüz minlərlə tvit kampaniyası davam edir

İranda ana dili zülmünə qarşı yüz minlərlə tvit kampaniyası davam edir -az.news.tv /TURKISHFORUM – ABDULLAH TÜRER YENER

İranda ana dili zülmünə qarşı yüz minlərlə tvit kampaniyası davam edir -az.news.tv /TURKISHFORUM - ABDULLAH TÜRER YENER - iranda ana dil zulmu turkce

İran adlanan ölkədə İranın fars rejiminin ana dili zülmünə qarşı qeyri-fars millətlərin sosial şəbəkə istifadəçilərinin yüz minlərlə tvit kampaniyası davam edir

Son günlərdə İran adlanan yerdə sosial şəbəkə istifadəçiləri arasında tvitter və sosial şəbəkə qruplarında #Mən və Farsca həştəqi ilə başladılan kampaniya geniş vüsət alıb.

Dünyanın müxtəlif ölkələrində yaşayan və kampaniyaya qatılan minlərlə qeyri-fars millətlərin nümayəndələri həyatlarının müxtəlif dönəmlərində yaşadıqları ayrıseçkiliklərə dair təcrübələrini, üzləşdikləri çətinliklər və məruz qaldıqları təhqirləri “Mən və Farsca” həştəqi ilə paylaşırlar.

İran Müəllimləri Sinfi Birliyinin sözçüsü Məhəmməd Həbibi bununla bağlı yazıb: “Son illər mədəniyyət və təhsil işçiləri həmkarlar ittifaqlarının əsas tələblərindən biri fundamental insan hüququ kimi ana dilində təhsili müdafiə etməkdir”.

Utah Universitetində fəlsəfə üzrə doktorluq təhsili alan Lida Sərfəraz adı sosial şəbəkə istifadəçisi öz tvitter səhifəsində Tehranda tələbə ikən gördüyü “irqi mikroaqressiyalar” haqqında yazıb.

Gilək xalqına mənsub Peymon adlı bir istifadəçi İran toplumunda Giləklərə qarşı yayılmış damğalar və aşağılayıcı ifadələrdən bəhs edib.

Kampaniyanı başladanlardan olan və Amerikada yaşayan azərbaycanlı mədəni fəal Sevil Süleymani bildirir ki, kampaniya qeyri-fars xalqlara qarşı sistematik və planlı ayrıseçkilik haqqında məlumatı artırmaq üçün başladılıb və yalnız fars dilinin rəsmi tədris oluna bilən dil olduğu bir cəmiyyətdə qeyri-fars xalqların çəkdikləri iztirabları izah edir.

Sevil Süleymani deyib: “Muğanın Parsabad şəhərində doğulmuşam. Heç birinin farsca bilmədiyi 35 nəfərlik şagirddən ibarət birinci sinifə getmişəm. Birinci sinif müəllimimiz Universtitdən dərhal sonra Parsabada göndərilən gənc təbrizli qadın idi. Universitetdə ona öyrədilən işi görmək, bizə fars dili öyrətmək üçün gəlmişdi və elə bilirdi ki, biz hamımız səlis fars dilində danışa bilərik. Bu isə onun təsəvvür etdiyinin əksinə idi. İlk günlər xətkeşini aşağı-yuxarı fırladır, adımı deyəndə, fars dilini bilmədiyim üçün qorxudan özümü isladırdım”.

Kamaniyanın sosial media istifadəçilərinin çoxunluğu tərəfindən maraqla qarşılanmasına baxmayaraq, bir sıra radikal fars millətçi cərəyanlarına bağlı şəxslər bunun yersiz olduğunu, hakim durumun davam etməsinin məqsədə uyğun olduğunu bildirirlər.

Azərbaycanlı fəal və yazıçı Məhəmməd Rəhmanifər kampaniyaya qarşı çıxanların reaksiyasını faciə adlandırıb.

Rəhmanifər yazıb: “Mən və Farsca” fars dilinin məcburi tətbiq edilməsindən və ana dilinin alçaldılması səbəbindən çəkdiyimiz iztirabların əksidir. Ancaq fars dilinin məcburi tətbiqinin davam etməsinin tərəfdarlarının verdiyi cavablar faciənin düşündüyümüzdən daha dərin olduğunu göstərir”.

Bununla yanaşı tanınmış zənganlı mədəni fəal Səid Mətinpur da radikal miliyyətçi fars cərəyanların nümayəndələrinə səslənib: “Niyə tolerantlıq yalnız sizin dilinizlə mümkündür? Niyə bizim demokratiyamız sizin dilinizdə olmalıdır? Nə vaxtdan haqq-ədalətə ancaq fars dilində nail olmaq şərt olub”.

Avstraliyada yaşayan tanınmış iranlı kürd yazar Behruz Buçani “Mən və Farsca” kampaniyasını önəmli bir hadisə olaraq dəyərləndirib.

“Mən və Farsca ümumi mədəniyyət arenasında önəmli bir hadisədir. Bir neçə saat ərzində gilək, türk, ərəb və digərlərinə qarşı irqçi davranışlar, təhqirlər və aşağılamalar haqqında yüzlərlə acı xatirə və hekayə bu həştəq vasitəsilə qeyd edilib.

Həqiqi İranın nə olduğunu öyrənmək istəyirsinizsə bu həştəqi təqib edin!” Buçani öz Twitter səhifəsində yazıb.

Gilək icmasına mənsub Peymon adlı bir istifadəçi İran toplumunda Giləklərə qarşı yayılmış damğalar və aşağılayıcı ifadələrdən bəhs edib: “Farsdilli medianın son yüzildə biz giləklərdən yaratdığı təsvir budur; qeyrətsiz rəştli, qorxaq rəştli, balıq başı yeyən rəştli və s. Fars toplumu da davamlı olaraq bu ifadələri dilə gətirir. Biz belə bir atmosferdə böyüdük. Biz giləklərə deməyin ki, ‘hamımız iranlıyıq’ deməyin!”


Yazıları posta kutunda oku


Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir