İran hökuməti unun qiymətini qaldırmaqla çörəyin bahalaşmasına zəmin hazırlayır

İranda hazırda müxtəlif çörək sexlərində çörəyin qiyməti fərqlənir.

“Aznews tv”xəbər verir ki, hökumət unun qiymətini qaldırmaqla çörəyin bahalaşması üçün zəmin hazırlayır.

Ölkədə un çatışmazlığı, habelə çörəyin keyfiyyətinin aşağı düşməsi bir müddətdir ki, insanları bir sıra problemlərlə üz-üzə qoyub.

“Bizdə un yoxdur” cümləsi artıq uzun müddətdir ki, bağlanan çörək sexlərinin şüşələrində asılı qalıb.

İnsanlar, xüsusən də cəmiyyətin aşağı təbəqəsi çörəyin bahalaşmasından olduqca narahatdır. Çünki çörəyin bahalaşması xalqın yükünü ikiqat edəcək.

Ölkədə yüksək qiymətlər və yüksək inflyasiya həddi səbəbindən çörək süfrədə olan bir çox ərzaqları, o cümlədən ət və düyünü əvəz edib.

İranda hazırda müxtəlif çörək sexlərində çörəyin qiyməti fərqlənir. - کمبود آرد زمینه سازی برای گران کردن نان min

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir