Urmuda əməliyyat: Silah qaçaqmalçıları həbs edilib – an.T TV / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Urmu şəhərində silah-sursat aşkar edilib. Bu barədə Qərbi Azərbaycan əyalətinin polis rəisinin müavini polkovnik İrəc Həsənxani məlumat verib.
Polkovnik İrəc Həsənxani mediaya verdiyi açıqlamada bununla bağlı şəhərdə əməliyyat keçirildiyini bildirib.
“Silah-sursat qaçaqmalçılığı ilə məşğul olan şəxslər barədə daxil olan məlumatlar əsasında keçirilən əməliyyat nəticəsində şəhərin çıxışında onlara məxsus avtomobilər saxlanıldı, dəstə üzvləri həbs edildi”-deyə, Həsənxani bildirib.
Onun sözlərinə görə, əməliyyat nəticəsində 15 ədəd ov və döyüş silahı, silahlara məxsus mərmilər aşkarlanaraq götürülüb, 4 qaçaqmalçı saxlanılb və 2 minik avtomobili müsadirə olunub.
Bir yanıt yazın