Qaşqaylarla hökumət qüvvələri arasında toqquşma baş verib

Qaşqaylarla hökumət qüvvələri arasında toqquşma baş verib an.T -an.T TV / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Qaşqaylarla hökumət qüvvələri arasında toqquşma baş verib an.T -an.T TV / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - iran azerbaycan turkleri

Yanvarın 23-də Qaşqay türkləri ilə İranın hökumət məmurları arasında növbəti qarşıdurma baş verib.

Bu barədə Güney azərbaycanlı və Qaşqay sosial media fəalları məlumat yayıb.

Fəallar qarşıdurma zamanı bir neçə nəfərin döyülərək bədən xəsarəti aldığını bildirib.

Bu son bir ay ərzində Qaşqay türkləri ilə hökumət məmurları arasında baş verən növbəti insidentdir.

Qeyd edək ki, İranın Kohgiluyə və Böyirəhməd ətlətinin Kəcsaran mahalının Heliqan bölgəsində yaşayan Qaşqay türklərinin öz ata-baba yurdlarından məcburi köçürülməsi prosesi başlayıb.

Bildirirlir ki, hökumət bu vasitə ilə onların torpaqlarını mənimsəmək istəyir.

Qaşqayların müqaviməti hökumətin onları başqa bölgələrə köçürməklə asimiliyasiyaya məruz qoymaq siyasətinə qarşıdır.

Hökumətin ədalətsiz siyasəti son vaxtlar qaşqaylarla təhlükəsizlik məmurları, polis qüvvələri arasında şiddətli qarşıdurmaların yaranmasına səbəb olub.

Ötən ay yerli Qaşqay türklərindən olan Firuz Nərreyi Dərəşuri hökumət məmurları və torpaqları mənimsəmək istəyən böyük sərmayəçilərin əlaltılarının hücumuna məruz qalıb.

Bununla yanaşı qaşqaylara məxsus altı yük maşınına xəsarət yetirilib və onların bölgədən çıxarılması üçün əlavə məmurlar cəlb olunub.

Qaşqayların bir neçə gün bundan öncə yaydıqları məlumatda, hökumət məmurlarının onlara xəbərdarlıq etdikləri, qısa müddətdə torpaqları tərk etməyəcəkləri təqdirdə daha ağır nəticələrlə qarşılaşacaqları bildirilib.

Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərdən ibarətdir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.


Qaşqaylarla hökumət qüvvələri arasında toqquşma baş verib an.T -an.T TV / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - iran azerbaycan turkleri

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir