İranda professor maliyyə problemləri üzündən intihar edib. an.T TV / TURKISHFORUM – ABDULLAH TÜRER YENER
Həmədanın “Buəli” Universitetinin Professorlarının Həmkarlar İttifaqı Kaşan Universitetinin professoru Cavad Səfərinin təqaüd mükafatı ala bilməməsi üzündən intihar etməsi məsələsinə reaksiya verib.
Həmədanın “Buəli” Universitetinin Professorlarının Həmkarlar İttifaqı Kaşan Universitetinin professoru Cavad Səfərinin təqaüd mükafatı ala bilməməsi üzündən intihar etməsi məsələsinə reaksiya verib.
“Aznews tv”ın xəbərinə görə, sözügedən qurum professor Səfərinin intiharı məsələsinə toxunaraq bunu İranda ali təhsilin vəziyyəti ilə bağlı “həyəcan təbili” adlandırıb və artıq bıçağın professorların sümüyünə dayandığını vurğulayıb.
Yanvarın 21-də İslam Şurası Məclisinin keçmiş millət vəkili Mahmud Sadiqi “Twitter” hesabında paylaşım edərək Kaşan Univesitetinin kimya fakültəsinin professoru Cavad Səfərinin maliyyə problemləri üzündən öyrəncilərin gözü önündə intihar edərək həyatını itirdiyini yazıb.
Həmədanın Buəli Universitetinin Professorlarının Həmkarlar İttifaqı yanvarın 22-də yaydığı açıqlamasnda Sadiqinin ona təqaüd mükafatı verilməməsi üzündən özünü öldürdüyünü bildirib.
Qeyd edək ki, İranda uzun zamandan bəri müəllim etirazları davam edir. Onlar maaşlarının və təqaüdlərinin verilməməsi, aralarındakı qeyri-bərabərlik, ayrı-seçkilik və ədalətsizlik kimi bir sıra tələblərlə hökuməti istefaya çağırırlar.