Həyatı tabutda axtaranlar

Həyatı tabutda axtaranlar -ELUCA ATALİ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Quzey Azərbaycanlı yazar Eluca Atalının son romanı “İran hizbullah zindanında” adlanır, əsər dörd kitabdan ibarətdir:
Birinci kitab “İnqilabın travması”
İkinci kitab: “Üç vəd, üç tələb”
Üçüncü kitab: “Qanlı orkestr”
Dördüncü kitab: “Həyatı tabutda axtaranlar”

Həyatı tabutda axtaranlar -ELUCA ATALİ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - eluca atali

Roman İran islam inqilabı ideyasının Amerikadan gəlməsi və inqilab müəllifi kimi bəşərə tanıdılan imam Ayətullah Xomeyninin əslində Ağ Evin əmrlərinin icraçısı olduğu sübut olunur. İmamın kütləni idarə etməkdən ötrü inqilabdan dərhal sonra ictimai yerlərdə – bazar, xiyaban, universitet, məktəb və hətta doğum evlərinin qarşısında eadam ağaclarının qurulmasına verdiyi fitva adamları qorxu ilə tərbiyə edib, qorxu hökmü altında onun əmrinə tabe olması məqsədini güdür. Əsərin qəhrəmanı on yaşlı Fatma Kərimi İnqilabın ilk ilində bir səhər sübh tezdən oyanıb evlərinin qarşısındakı dar cığırdan adamların şəhər meydanına qaçdıqlarının şahidi olduqda marağa düşüb onların arxasınca gedir. Gördüyü səhnədən ömründə ilk travmanı alır: meydanda hamının gözü qarşısında inqilab keşikçiləri bir insanı dar ağacından asırlar. İlk əvvəl bunun bir ciyabaz oyunu olduğunu zənn edən uşaq, düşünür ki, camaat bu meydana maraqlı tamaşanı izləyib şənlənmək üçün yığılıb, lakin hadisənin mahiyyətinə varanda sarsılır. Beləliklə də, bu sarsıntıdan o dəhşətli zərbə alır. Ona Səməd Behrənginin “Balaca Qara Balığın nağılı” kitabını oxumağı məsləhət görmüş müəllimi, şair Əlirza Şükrü Əfşar və öz şəxsi kitabxanasını ictimai kitabxanaya çevirmiş Bəhram Əfşarı edam edilirlər və kitabxananın kitabları meydana tökülüb yandırılır. Qızcığaz atası ilə zoomağazaya gedib qara balıqlar alaraq müəlliminin xatirəsini yaşatmaqdan ötrü onları bəsləməyə başlayır. Əsərin üçüncü kitabı olan “Qanlı orkestr” də Fatmanın Urmiyədəki dörd yüz səksən nəfərlik qadın zindanında məşəqqətli zindan həyatı, işgəncələr, kütləvi edamlar baş verən bir məkan təsvir edilir. Bu hissədə milli və azad düşüncəsinə, həmçinin şərlənib zindana atılmış yüzlərlə insanın taleyi sərgilənir. Zindanda həftənin çərşənbə və bazar günləri xüsusi kütlvi edam günləridir, səhər sübh azanından dərhal sonra axşam edam ediləcək məhbusların adları xahəri zeynəb əsgəri tərəfindən oxunur, günorta azanından sonra qız uşaqlarını aparıb siğı edib bakirəliklərini alırlar, çünki dini inanca görə, qız kimi ölənlər cənnətə düşürlər, imam Xomeyni məhbuslara cənnəti peşkeş edə bilmərik deyir. Axşam azanından sonra edam olunacaq bütün məhbusları zindan yaxınlığındakı təpənin üzərinə yığıb güllələyirlər. Bir gündə bəzən dörd yüzdən artıq adam edam edilir, doxsan doqquz faizi məhkəməsiz öldürülür. Ayətullah Məkarim Şirazi imama məsləhət görmüşdü ki, məhkəmələrə əziyyət verilməsin, onun, yəni Ayətullah Xomeyninin “bütün kafir və mürtədlərə ölüm” fitvası yetər ki, inqilab düşmənlərini yer üzündən təmizləsinlər.

Min doqquz yüz səksən səkkizinci ilin üç ay yayında imam Xomeyninin kütləvi qətllərə fərman verdiyi dövr əsərdə geniş miqyasda vüsət alır, beləkilə də on iki mindən artıq insanın edamı bu hissədə bədii təsvir vasitələri və hekayətlərlə nəql edilir.
“Üç vəd, üç tələb” kitabında müəllif inqilab ideyası, Amerikanın İranda islam inqilabı üçün fanatik axtarışı, imam Xomeynin ideyalarını oğurladığı Əli Şəriəti obrazı “İmamın qorxduğu ölü” hissəsində geniş şəkildə şərh edilir, eyni zamanda ayətullahın Bakı planı və Bakıdakı Azadlıq meydanında Leninlə qarşılaşıb, kommunist-fanatik dialoqunda onların Quzey Azərbaycanda özlərinə yer etmələri uğrunda savaşları gedir.

“Həyatı tabutda axtaranlar” kitabında əks-inqilabı fikirlər hekayət formasında verilmiş, eyni zamanda birdən-birə oxucunu xx əsrdən quldarlıq dövrünə aparan müəllif, günəşi tək istilik mənbəyi yox, həm də dərk etmədə əsas amil kimi qabartmışdır. Bu kitabda əsərin qəhrəmanı Fatmanın edam səhnəsi, atasına zindandan zəng edib “Gözün aydın, qızın günahını öz qanı ilə yudu!” deməklə, dünyası dağılmış Allahkərim kişinin simasında edam olunmuş bütün qız uşaqlarının valideyinlərinin çəkdiyi iztirabı görmək mümkündür. Atanın qarşısına tələb qoyulur ki, beş min manatlıq şirni alıb gözaydınlığı kimi zindan işçilərinə paylamalıdır, çünki qızı zindanda bir saatlıq siğə olunmuşdur. Qızının cəsədini istəyən ata isə zindan rəisi tərəfindən ələ salınıb, təhqir olunur. Kafirlərin normal insanlar kimi dəfn olunmaq haqları olmadığından gecə qaranlıqda gizlincə adsızlar məzarlığında – xavəri miyanədə kəfənsiz quyulandıqları inqilabın qeyri-insanı əməllərindən biri idi. İmam Xomeyninin əmri ilə qız valideyinlərinə çatacaq edam olunmuş qızın mehriyyəsi ( süd pulu, başlıq) təqdim edilir. Nəticədə imanlı Allahkərim kişi zindandan evə dönüb evin kəndarında oturur, günorta azanı səsləndirilir, lakin ilk dəfə olaraq, o ibadətə can atmır, rejim tək onun qızını yox, inamını da oğurladığı məlum olur. O, azan sədası altında qara balıqların akvarimunu sinəsinə basıb, böyük dəryaya üz tutur.

Eluca Atalının “İran hizbullah zindanında” romanı ilk dəfə olaraq sistemli şəkildə bədii təsvir vasitələri ilə xomeynizmin mahiyyətini açır.

Həyatı tabutda axtaranlar -ELUCA ATALİ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - eluca atali

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir