Site icon Turkish Forum

Türk Birliyi (Turan) ideyası və ortaq dil məsələsi

Türk Birliyi (Turan) ideyası və ortaq dil məsələsi -DOC.DR. HÜSEYN ARTIKOĞLU- BAKÜ / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

Türk Birliyi (Turan) ideyası və ortaq dil məsələsi -DOC.DR. HÜSEYN ARTIKOĞLU- BAKÜ / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - huseyin artikoglu

Vatikan 13 əsrə kimi, rus pravoslavyanları 17 əsrə kimi, Vizantiya 8 əsrə kimi, ermənilər bu yaxınlara kimi allaha dualarını türk dilində edirdilər və bu dili allahın dili kimi qəbul edirdilər. Türklər islama səkkizinci əsirdən başlayaraq onuncu əsrə kimi davam edən dövrdə qoşuldular. Dualar ərəbcə oxunmağa başladı. Beləliklə dünyəvi dil olan türk dili yavaş-yavaş arxa plana keçməyə doğru getdi. İyriminci əsrin əvvəllərinə kimi bütün türk xalqları biri birini daha yaxından başa düşürdülər. “Molla nəsrəddin” jurnalı az qala bütün türk dünyasına yayınlanırdı. Sonradan ləhcələr xırda dövlət dillərinə çevrilməyə başladı. Bu məsələdə bizə düşmən dövlətlər öz rollarını gözəl oynadılar. Bununla yanaşı, bütün dünyada olduğu kimi, bizim Şahlarımız və Sultanlarımız da rəiyyətin (xalqın) dilində danışmağı özlərinə rəva bilmədilər. Türk xalqları danışdığı ləhcələrin adı ilə adlanmağa başladı. Sonralar yazıda və dildə reformalar başladı. 1933-ci ildən başlayaraq türk dilinə çox da yatmayan ərəb əlifbasından latın əlifbasına keçid dövrü başladı. Cox təssüf ki, bu hərəkat bütün türk xalqlarında eyni zamanda başlamadı və xalqların yadlaşması sürətləndi və o hala çatdı ki, biri-birilərini güclə anlamağa başladılar. Bunun ən dəhşətlisi türkiyədə baş verdi. 22 sentyabr (eylül) 1932 tarixində Dolmabaxca Sarayında, Mustafa Kamal Atatürkün başqanlığında gerçəkləşən I Türk Dil Konfransına Aqop Martayan (sonradan Dilaçar) Stepan Qurdikyan və Kevork Simkeşyan ilə birlikdə dil uzmanı olaraq dəvət edilmiş, daha sonra çalışma və araşdırmalarını yeni qurulan Türk Dil Qurumunun başuzmanı və ilk genəl sekretarı (katibi) olaraq davam etdirmişdir (türk millətli dil uzmanı yoxmuş kimi?). Sonradan bu “Dilaçar” əlifbadan bir neçə hərif çıxardaraq (x, ə və q) millət üçün yeni “dil” icad etmiş mə bu milləti yeni dildə danışmağa məcbur etmişdir (?). Şair Sabir Əliyevin təbirincə desək:
“Dağ dilimi qaya-qaya oyublar.
Yerinə bir kül təpəsi qoyublar.
Dişlərini çəkib şiri soyublar.
Mən bu dilə dərman üçün gəlmişəm.

Bu mövzu çox vaxtalandır, dil alimlərimiz bu haqda yəqin oz sözlərini deyəcəklər. Onu bilirəm ki, türk xalqlarının bir an öncə inteqrasiyasını təmin etmək üçün vacib şərtlərdən biri onun səs diapazonunu tam ifadə edəcək bir əlifbanın qəbul edilməsidir.

İpək yolu daim Turanın can damarı olmuşdur. Bu gün Böyük İpək yolunun “Bir zolaq, bir yol” layihəsi çərçivəsində canlandırılması Turan ideyasının yenidən gündəmə gəlməsinə səbəb olmuşdur. Fəqət bu ideyanın təmsilçiləri aradan bir əsrdən çox vaxt keçməsinə rəğmən, hələ də XX əsrin əvvəllərində yaşayıb-yaratmış romantik türkçülərin ideyalarının cazibə dairəsindən qurtulmağı bacarmamış və hələ də problemə sürətlə dəyişən dünyamızın ortaya çıxartdığı yeni şərtlər prizmasından baxmağı öyrənə bilməmişlər. Çünki hələ də məsələyə fars şairi Firdövsinin “Şahnamə”sindəki “Turan” prizmasından yanaşır və Turanın Firdövsi tərəfindən uydurulmuş mifik bir dövlət olduğunu zənn edirlər. Halbuki Firdövsinin Turanla eyni vaxtda ortaya qoyduğu “İran” ideyası artıq günümüzün gerçəkliyidir və biz 1936-cı ildə tarix səhnəsinə çıxmış “İran” adlı yeni bir dövlətin şahidiyik. Yəni farslar 1000 il bu ideyanı ürəklərində yaşatdıqdan sonra onu gerçəkləşdirməyi bacarmışlar. Yəhudilər də Teodor Herzelin onlara bəxş etdiyi sionizm idealını 50 il qəlblərində yaşatdıqdan sonra həyata keçirə, İsrail dövlətini qura biliblər.

Çinin “Bir zolaq, bir yol” layihəsi, xüsusən də onun Çin – Orta Asiya – Qərbi Asiya (CCWAEC) və Çin – Monqolustan – Rusiya (CMREC) iqtisadi dəhlizləri bizlərin Turan idealımızı gerçəkləşdirə bilməmiz üçün olduqca gözəl imkan yaranmışdır.

İlk öncə ondan başlayaq ki, Avropalıların “Grand Tartariya”, rusların “Великая Татария // Velikaya Tatariya” (Böyük Tatarıstan), farsların “Turan”, türk və müsəlmanların isə “Türküstan adlandırdıqları Böyük Türk dövləti heç də xəyal deyil, 1770-ci illərə qədər mövcud olan, dövrümüzədək real tarixi xəritələri, gerb və bayraqları, eləcə də xaqanlarının çox sayda məktubu yetişən böyük və qüdrətli bir dövlət olub. Söhbət heç də bizə məktəblərdə öyrədilən və yalnız Orta Asiya coğrafiyası ilə sınırlı olan Türküstandan getmir. Eyni zamanda, yenə də orta və ali məktəb dərsliklərindən tarixləri haqqında bəzi biliklər əldə etdiyimiz skiflər (İskitlər), hunlar, Göytürklərin qurduqları dövlətlərindən və onların əraziləri barədə rast gəldiyimiz xəyali xəritələrdən də getmir. Söhbət XVIII əsrin ikinci yarısına qədər var olan, bir çox Avropa ölkəsindən, o cümlədən Moskva çarlığından bac-xərac alan dünyanın ən nəhəng dövlətindən gedir.

Rusiya prezidenti Vladimir Putinin yaxın zamanlara qədər gizlədilən tarixi dəlillərin üzərindən gizlilik pərdəsinin götürməsindən və Rusiya məktəblərində tədris edilən rəsmi Rusiya tarixinin siyasi məqsədlərlə təhrif edilmiş saxta tarix olduğunun üzə çıxmasından sonra rus-türk əlaqələrinin tarixinə yeni nəzərlərlə baxmaq və ortaq geopolitik maraqları yenidən dəyərləndirmək üçün yeni imkanlar açılmışdır. Söhbət prezidentin göstərişi ilə rusiyalı iş adamı Əlişir Usmanovun dünyanın müxtəlif yerlərindən əldə edərək Rusiyaya gətirilən və müxtəlif dövrlərdə Avropa ölkələrində, eləcə də Rusiyada nəşr edilən xəritələrdən gedir.

Çindən başlayan və Avropanın içlərinə qədər uzanan bu dəhlizlərin hər ikisi Qazaxıstandan keçir. Bunlardan birincisi Çin – Qazaxıstan – Azərbaycan – Türkiyə – Avropa Birliyi, ikincisi isə Çin -Monqolustan – Qazaxıstan – Rusiya – Belorus – Avropa Birliyi marşrutlarını əhatə edir ki, bu da Qazaxıstanı kilid ölkə durumuna gətirməkdədir. Elə bu səbəbdən də sözügedən ölkənin şəhərlərinin hər iki marşrut üzərində yerləşən digər şəhərlər üçün nümunə qismində çıxış etməli olan smart şəhərlərə, başqa sözlə ağıllı şəhərlərə çevrilməsi nəzərdə tutulub.

“Bir zolaq, bir yol” layihəsinin həyata keçməsilə Avrasiyanın, başqa sözlə, tarixi Turan ərazisinin önəmli mərkəzlərindən birinə çevrilməkdə olan Qazaxıstanın öz dəmir yollarının modernləşdirilməsinə xüsusi diqqət verdiyi bilinməkdədir. Məlumat üçün bildirək ki, geniş dəmir yolu şəbəkəsinə sahib olan bu ölkənin dəmir yollarının ümumi uzunluğu 2017-ci ilidə təqribən 16 614.3 kilometr idi. Bunlardan 6 mini ikitərəflidir. Təxminən 5 mini isə elektrikləşdirilib. Əsas yolların bükülmüş uzunluğu 18,8 min km, stansiya və xüsusi yolların uzunluğu 6.7 min km-dir. Qazaxıstanda dəmir yolu nəqliyyatının əhəmiyyəti çox böyükdür. Ümumi yük dövriyyəsinin 68%-dən çoxu və ölkə sərnişin dövriyyəsinin 57%-dən çoxu dəmir yollarının payına düşür. Dəmir yolu sənayesində 2013-cü ildə 160 mindən çox insan işlə təmin olunmuşdur ki, bu da Qazaxıstan əhalisinin, demək olar ki, 1% -ni təşkil edir.

Şəbəkənin çox hissəsi Qazaxıstanın Dəmir Yolları tərəfindən idarə olunur, kiçik bir hissəsi mədən və neft sənayesi şöbələrinə aiddir.
“Bir zolaq, bir yol” layihəsi, daha dəqiq desək, onun Çin – Orta Asiya – Qərbi Asiya (CCWAEC) marşrutu üzərində Qazaxıstandan sonrakı ikinci ölkə Azərbaycandır. Layihə bu iki ölkənin dəmir yollarının daha sıx inteqrasiyasını tələb edir. Odur ki, 2017-ci ilin aprelində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında Saziş” imzalanıb.

İstər Azərbaycanda, istərsə də Qazaxıstanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, tranzit potensialının artırılması üçün çox böyük işlər həyata keçirilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də Vətən müharibəsindən sonra tikintisinə start verilən Mincivan-Naxçıvan-Qars dəmir yolu, o cümlədən Qazaxıstanda dəmir yolları və limanların genişləndirilməsi bu istiqamətdə əməkdaşlığın inkişafı və birgə layihələrin icrası üçün geniş imkanlar yaradır.

Son dövrlərdə Azərbaycanda dənizçilik sahəsində aparılan köklü islahatlar, bu sahəyə dövlət dəstəyi, donanmanın yenilənməsi istiqamətində görülən işlər və s. məsələlərdən ətraflı söhbət açıb. Bildirib ki, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi arasında ən qısa yolun ölkələrimizin ərazisindən keçməsi hər iki ölkəyə mövcud nəqliyyat potensialından daha səmərəli istifadəyə imkan verir.
Bütün bu deyilənlər Turanın iqtisadi alt yapısını təşkil edəcək infrastruktur və kommunikasiya layihələri kimi gözdən keçirilməlidir. Bu baxımdan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun önəmini də xüsusi qeyd etməmiz lazımdır.

30 Oktyabr 2017-ci il tarixində istismara verilmiş bu dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən başlayaraq, Gürcüstanın paytaxtı Tiflis və Axalkələk şəhərlərindən keçərək, Türkiyənin Qars şəhərinə uzanır. Layihənin məqsədi Türkiyə və Azərbaycanı (beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə) dəmiryolu vasitəsilə birləşdirməkdir. Bir sözlə, bu dəmiryolu təkcə Azərbaycanla Türkiyəni birləşdirmiş, eyni zamanda Çin – Orta Asiya – Qərbi Asiya (CCWAEC) marşrutunun önəmli bir parçası kimi çıxış edir. BTQ-nin işə düşməsi ilə Asiyadakı məhsulların Avropaya çatdırılması 15 gün kimi qısa bir zamanda həyata keçirilə bilir. Mincivan-Naxçıvan-Qars yolu işə düşdükdən sonra isə məsafə önəmli dərəcədə azalacaqdır.

Turanın iqtisadi alt yapısını təşkil edəcək infrastruktur və kommunikasiya layihələrindən biri də Yavuz Sultan Səlim körpüsüdür. Adını doqquzuncu Osmanlı sultanı və ilk Türk-İslam xəlifəsinin adından alan və boğazın şimal tərəfində inşa edilən Yavuz Sultan Səlim körpüsü və ya Üçüncü Boğaz körpüsünün bir ucu Avropa tərəfindəki Sarıyerin Garipçe məhəlləsində, digər ucu isə Anadolu tərəfindəki Beykozun Poyrazköy bölgəsində yerləşir.

Sözügedən körpü Boğazda yerləşən əvvəlki iki körpünün günün müəyyən vaxtlarında yaşanan həddindən artıq intensivlik üzündən tam xidmət göstərə bilməməsi səbəbiylə inşa edilib.

Çindən Avropaya qədər uzanan və eyni zamanda qurulmaqda olan Turanın iki can damarından birini təşkil edən Çin – Orta Asiya – Qərbi Asiya (CCWAEC) marşrutunun başqa bir önəmi də onun həm də hazırda Çinin tərkibində olan Şərqi Türküstandan, yəni Uyğurustandan keçmiş olmasıdır.

Turanın iqtisadi alt yapısını təşkil edəcək infrastruktur və kommunikasiya layihələrindən söhbət düşmüşkən Transxəzər Fiber-Optik Kabel Xətti layihəsini də unutmamaq lazımdır. Söhbət Azərbaycan və Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib magistral fiber-optik kabel xətlərinin çəkilməsini əhatə edən layihədən gedir.

Layihənin məqsədi Xəzər dənizinin dibi ilə iri həcmli məlumatların ötrülməsinə imkan verən magistral kabel xətlərinin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunu (Digital Silk Way) formalaşdırmaqdır.

Turanın siyasi alt yapısını təşkil edəcək qurumlar onun iqtisadi alt yapısını təşkil edəcək infrastruktur və kommunikasiya layihələri qədər önəmlidir və bu sırada əsası 2009-cu ilin 3 oktyabrında Naxçıvan şəhərində qoyulmuş Türk Keneşinin, başqa sözlə Türk Şurasının adını çəkməliyik.

Türk Şurasının üç mərkəzi var. Bunlar İstanbul, Bakı və Astanadır. İstanbul inzibati mərkəzdir. Bakı Parlament Assambleyasının mərkəzi, Astana isə Türk Akademiyasının mərkəzidir.

Turan qurulduqdan sonra ilk dövrdə TürkPA tərəfindən idarə ediləcəkdir. Onun Bakıda olması bu şəhərin gələcəkdə Turanın paytaxtı olma ehtimalını artırır.

Beləliklə, Turanın qurulması istiqamətində az iş görülməmişdir və hazırda yaranmış beynəlxalq şərait bu idealı mərhələ-mərhələ həyata keçirmək üçün geniş imkanlar açır. Əlbəttə, prosesə hələlik bütün Türk dövlətləri qoşulmayıb və proses Rusiyanın tərkibində olan türk xalqlarını və muxtar ərazilərini əhatə etmir. Lakin onları da ümumi prosesə daxil edilməsi üçün iş görülməkdədir və bu iş Türk ölkə və xalqlarının mədəniyyət səylərini birləşdirməyi hədəfləyən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) çərçivəsində həyata keçirilir.
Təşkilat struktur etibarı ilə iki komitəyə bölünüb: Mədəniyyət və incəsənət tədbirlərinin birgə keçirilməsi üzrə Komitə,inzibati və hüquqi təmsilçilər üzrə Komitə.TÜRKSOY təşkilatının əsas məramları aşağıdakılardır:

– Türk dilində danışan xalqlar, ölkələr və etnik qruplar arasında mədəni əlaqələrin inkişafetdirilməsi;
– Türk mədəniyyəti nümunələrinin araşdırılması, öyrənilməsi, qorunması və dünyaya çatdırılması;
– Türk xalqalarının mədəniyyətində tarixi, siyasi və coğrafi səbəblərdən və xarici ölkələrin təsiri altında yaranmış fərqlərin aradan qaldırılması;
– Türk mədəniyyətinin müştərək olduğunun sübuta yetirilməsi;
– Türk mədəniyyətinin digər mədəniyyətlərin zərərli təsirindən qurtarılması və onun öz mənbələrinə qaytarılması;
– Coğrafi məkan cəhətdən geniş ərazidə yaşayan türk dövlətiləri və toplumları arasında əlifba və dilin saxlanılması;
– Dünya mədəniyyətində mühüm yer tutan türk mədəniyyətinin digər yerlərdə də yayılması;
– Türk mədəniyyət, incəsənət və arxiv sənədlərinin qorunması üçün mərkəz yaradılması;
– Türk dünyasının görkəmli tarixi şəxslərinin, mütəfəkkir, şair və yazıçılarının, habelə digər böyük şəxsiyyətlərinin bütün dünyaya tanıtdırılması və s.
Sözügedən qurumun, eləcə də mərkəzi Astanada yerləşən Türk Akademiyasının qarşısında duran əsas məsələlərdən biri ortaq Türk dili və ortaq Türk əlifbasını formalaşdırmaqdır.
Ortaq Türk əlifbası – Türk dillərindəki sadə səslər əsas alınaraq və eyni qaynaqdan çıxanlar təsnif bütün hərflərin göstərildiyi sistemdir. Hələ ortaq bir formaya qurulmamış olmasına baxmayaraq böyük nisbətdə formalaşmışdır. Türk Keneşi tərəfindən qəbul və təsdiq edilən ortaq Türk əlifbası 34 hərflidir.

Ortaq türk əlifbası
Böyük A Ä B C Ç D E
F
G Ğ H I
İ
J
K L
M
N
Ň
O
Ö
P
Q
R
S
Ş
T
U Ü V W X Y Z

Kiçik a ä b c ç d e f g ğ h ı i j k l m n ň o ö p q r s ş t u ü v w x y z

Görülən işlərdən biri də Türk dillərinin ortaq leksik bazasının yaradılmasıdır ki, bu sahədə də ciddi işlər getməkdədir. Leksik baza mövcud Türk dillərində ortaq sözlər və müxtəlif ləhcə və şivələrdəki təmiz türkcə kəlmələr əsasında formalaşdırılır. Oğuz türklərinin sayca daha çox olması səbəbindən əsas baza kimi oğuz dillərinə (Türkiyə, Azərbaycan, türkmən, qaqauz və s.) üstünlük verilir.
Bununla belə, son illərdə Türkiyə türkcəsinin mövqelərinin bütün Turan ərazisində sürətlə möhkəmləndiyini, sırf təbii yolla, ortaq ünsiyyət dilinə çevrildiyi ni müşahidə etməkdəyik. Təbii ki, onunla birlikdə, paralel olaraq bu dilin əlifbası da yayğınlaşır. Fəqət dil inqilabından sonra bu dildə və əlifbada kök türkcədən süni surətdə uzaqlaşma baş vermiş, bir çox qüsurlar ortaya çıxmışdır ki, onların aradan qaldırılması qarşıda duran əsas məsələlərdən biridir.
Şübhəsiz ki, Türkiyədə ortaq Türk əlifbasının qəbul edilməsi və ortaq kəlmələr bazası ilə möhkəmləndirilməsindən sonra vəziyyət əsaslı surətdə dəyişəcəkdir. Türkiyə türkcəsinin əlifbasından Ä-ä, Ň- ň, Q- q və X- x kimi səsləri ifadə edən hərflərin ixtisar edilməsi böyük səhvdir. Eyni zamanda bəzi sözlərin şəkilçilərini kökdən ayıran ” ‘ “ işarəsi də tamamilə artıqdır və digər Trük xalqları üçün əlavə və lazımsız problem yaradır. Bir çox xüsusi isimlərin də alındığı dildə yazıldığı kimi yazılması da arzuedilməz hal kimi qiymətləndirilə bilər. Məsələn Türkiyə türkcəsində “William Shakespeare” kimi yazılan və ingilis dilindəki formasında saxlanılan ad digər Türk dillərində milli əlifbalara uyğun olaraq “Ulyam Şekspir” və ya “Vilyam Şekspir” kimi yazılır və tələffüz edilir ki, ən doğru olanı da budur.

Dil inqilabının Türkiyə türkcəsinə vurduğu ən böyük zərbələrdən biri də bu dildə bəzi sözlərin yazılış və tələffüzü zamanı Türk dilləri üçün ortaq olan ahəng qanunun pozulmasıdır. Həmin qanuna əsasən sözlərin bir hecasındakı saitlər incədirsə, hamısı incə, kardırsa, hamısı kar olur. Türkiyə türkcəsində isə bu qanuna həmişə əməl edilmir. Məsələn, “elma” (alma), “elmas” (almaz // almas) və s.
Bir sözlə, Türkiyə türkcəsinin ortaq Türk dilinə çevrilməsi artıq günümüzün reallığıdır və bu səbəbdən də həmin dilin və əlifbasının yenidən gözdən keçirilməsinə böyük ehtiyac vardır.

Exit mobile version