40 illik unudulmaz xatirə: Heydər Əliyevin Şuşada güclü qara görə yoxuşda qalan avtomobilini gənclər çiyinlərində qaldırdılar

40 illik unudulmaz xatirə: Heydər Əliyevin Şuşada güclü qara görə yoxuşda qalan avtomobilini gənclər çiyinlərində qaldırdılar. General-polkovnik Ramil USUBOVun / TURKISHFORUM – ABDULLAH TÜRER YENER

40 illik unudulmaz xatirə: Heydər Əliyevin Şuşada güclü qara görə yoxuşda qalan avtomobilini gənclər çiyinlərində qaldırdılar. General-polkovnik Ramil USUBOVun / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - haydar aliyev susa

1982-ci il yanvar ayının 14-də Ulu Öndər Heydər Əliyev Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak etmək üçün Şuşaya gəlmişdi. Mən o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışırdım və tədbirdə ictimai təhlükəsizliyin qorunmasına bilavasitə rəhbərlik edirdim. Dağlıq Qarabağda erməni şovinizmini susduran Heydər Əliyevə vətəndaşlarımızın ehtiramı, rəğbəti o qədər güclü idi ki, bu görüşə kütləvi axın vardı.

Yaxşı xatirimdədir, həmin gün güclü qar yağmışdı. Heydər Əliyevi gətirən maşın Şuşanın girəcəyində, hərbi komissarlığın qarşısından qalxa bilmədi. Mən hüquq-mühafizə orqanlarının bir qrup əməkdaşı və ətrafdakı cavanlarla köməkləşib maşını əllərimizdə yoxuşdan qaldırıb düz yerdə qoyduq. Bununla qarabağlı gənclər qətiyyəti ilə erməni millətçilərinə sipər olan ölkə rəhbərinə öz ehtiramlarını bildirirdilər…

Ulu Öndər hələ ötən əsrin 60-cı illərində DTK-da rəhbər vəzifələrdə çalışarkən Qarabağda güclənən erməni şovinizminə, millətçi meyillərə qarşı kəskin mübarizə aparırdı. Ancaq 70-ci illərdə artıq ölkə rəhbəri kimi bu prosesi daha düzgün strateji hədəflər və dəqiq taktiki həmlələrlə həyata keçirməyə başladı. Moskvadakı havadarlarının dəstəyinə baxmayaraq, vilayətin şovinist ünsürləri, o cümlədən rəhbər heyət administrativ postlardan kənarlaşdırıldı, Azərbaycanın mütləq siyasi-inzibati iradəsi ilə hesablaşan erməni kadrlar irəli çəkildi. Bununla bərabər, bölgənin dövlət qurumlarında, hüquq-mühafizə və təhlükəsizlik orqanlarında azərbaycanlıların təmsil olunması xeyli artdı. Dağlıq Qarabağ tam olaraq respublikanın mərkəzi hakimiyyətinin təsir dairəsinə qaytarıldı. Vilayətdə yaşayanların demoqrafik tərkibində azərbaycanlıların artımı dinamik hal aldı, bölgənin sosial-iqtisadi inkişafı, abadlıq-quruculuq prosesi intensivləşdi, mühüm sosial infrastrukturlar yaradıldı və davamlı təkmilləşdirildi. Xankəndini respublikanın paytaxtı ilə birləşdirən dəmir yolu xəttini çəkdirməklə Heydər Əliyev Dağlıq Qarabağın Azərbaycanın digər regionları ilə bağlılığını yaratdı və onu daim möhkəmləndirdi.

Necə ki bu gün Müzəffər Ali Baş Komandan onilliklərdən sonra Qarabağı Azərbaycanın suveren hüquqları çərçivəsinə qaytardı, eləcə də Heydər Əliyev ötən əsrin 70-80-ci illərində artıq itirilməkdə olan Dağlıq Qarabağı Azərbaycana qaytarmışdı.

Qarabağın tək coğrafi deyil, həm də mənəvi-siyasi yüksəkliyi olan, Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın azad olunmasını xalqa bəyan edərkən möhtərəm dövlət başçısı bu qələbəni Ümummilli Liderin vəsiyyətinin həyata keçməsi kimi dəyərləndirdi. Həm də qələbə müjdəsini Mehriban xanım Əliyeva ilə birgə Ulu Öndərin məzarını ziyarət edərək bütün dünyaya çatdırdı. Cənab İlham Əliyevin Sərkərdəliyi ilə qazanılan Böyük Zəfər həqiqətən də Heydər Əliyev ideallarının təntənəsi, daha bir taleyüklü arzusunun gerçəkləşməsidir.

Ali Baş Komandanın müəllifi olduğu bu Zəfər tariximizin ikinci Xilaskarlıq, Qurtuluş missiyasıdır. 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini, müstəqillyini dağılıb məhv olmaqdan qorudu, ölkəmizə və xalqımıza qurtuluş bəxş etdi. Eynilə Prezident İlham Əliyev də 2020-ci ilin noyabrında Şuşanın timsalında Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edib, bu ərazilərə, ümumiyyətlə isə, vətənimizə və millətimizə başucalığı, xilas, qurtuluş bəxş etdi.

Qarabağ indi ötən əsrin 70-80-ci illərində onu yenidən quran, inkişaf etdirən Ulu Öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ehtiramla ucaldılır. Hörmətli Mehriban xanım Əliyevanın böyük fədakarlıqları ilə Ağdamdan Kəlbəcərə, Füzulidən Şuşaya, Tuğdan Azıxa qədər bütün məkanlarda onlarca tarixi, mədəniyyət və mənəviyyat abidələrimiz bərpa olunur, yenidən həyata qaytarılır. Bu baxımdan Prezident İlham Əliyevlə yanaşı, hörmətli Mehriban xanım Əliyevanı da haqlı olaraq Qarabağın və Şərqi Zəngəzurun baş memarları adlandırmaq olar.



General-polkovnik Ramil USUBOVun

40 illik unudulmaz xatirə: Heydər Əliyevin Şuşada güclü qara görə yoxuşda qalan avtomobilini gənclər çiyinlərində qaldırdılar. General-polkovnik Ramil USUBOVun / TURKISHFORUM - ABDULLAH TÜRER YENER - haydar aliyev susa

Yorumlar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir